“Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü ilə tanınmış nasir, şair, tərcüməçi Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub

0
3439
19 aprel 2017-ci il tarixdə “Xarı bülbül” əyləncə mərkəzində “Qazax” Xeyriyyə İctimai Birliyinin (Qazax Xeyriyyə Cəmiyyəti) təşəbbüsü ilə tanınmış nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik yubileyi qeyd olunub.
Yubiley mərasimində ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm xadimləri, yazıçı, şair və çoxsaylı ziyalıları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlının 90 illik yubileyi ilə bağlı geniş nitq söyləyərək qeyd etdi ki, Vidadi Babanlı bir yazıçı, bir şair kimi Azərbaycan miqyasını aşaraq dünyada tanınmış ədəbiyyat insanı kimi də qəbul edilib. Onun Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə gətirdiyi özünəməxsus yeniliklər də olmuşdur ki, bu da onu hər kəsin sevimlisinə çevirmişdir. Vidadi Babanlı istedadlı şair, yazıçı kimi daim dövlətin də diqqət və qayğısında olmuşdur. Belə ki, Azərbaycanın əməkdar incəsənət xadimi Vidadi Babanlı həm də Prezident təqaüdçüsüdür. Bu da onun yaradıcılığına, əməyinə dövlət qayğısının bir ifadəsidir, – deyə İlham Pirməmmədov öz çıxışında qeyd etdi.
İlham Pirməmmədov həmçinin qeyd etdi ki, Vidadi Babanlı həm də bir vaxtlar “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından olaraq, cəmiyyətin inkişafına, fəaliyyətinə köməkliklər etmiş, cəmiyyətin üzvləri ilə birgə Qazaxın sərhəd kəndlərində, sərngərlərdə olaraq, ermənilərlə üz-üzə dayanmış əhaliyə stimul vermişdir. Buna görə də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Vidadi Babanlı Birliyin “Əli ağa Şıxlinski” mükafatı ilə təltif edilmişdir.
Yusif İmrayıl Oğlu Alıyev adlı şəxsin şəkli.
Sonra Mədəniyyət və Turizim Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Qazax Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon İcra Hakimiyyəti adından yubilyarın ünvanına göndərilmiş təbrik məktubları oxundu, hədiyyələr təqdim olundu. Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Leyla Eyyubova qeyd etdi ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev yaxın günlərdə Viddi Babanlının 90 illik yubiley tədbirinin Ağstafa rayonunda da təşkil ediləcəyini bildirib.
Daha sonra tədbirdə akademik Teymur Bünyadov, akademik Rafiq Əliyev, akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, professor Əhməd Vəliyev, millət vəkili Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, professor Buludxan Xəlilov çıxış edərək Vidadi Babanlının həyat və yaradıcılığından, şəxsi münasibətlərindən danışaraq yubilyarı təbrik etdilər.
Ədəbi-bədi gecədə müğənni Sahib İbrahimov, Rəhilə Bəndəliyeva, Solmaz Kosayeva, Gülnar İsayeva, Aşıq Avdı və Aşıq Şaiq yubilyarın şeirlərinə həsr edilmiş mahnılar oxuyaraq, məclis iştirakçılarına xoş ovqatlar bəxş etdilər.
Sonda Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlı 90 illik yubileyinin bu cür yüksək səviyyədə qeyd edilməsinə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədova, yubiley münasibətilə ona diqqət göstərərək təbrik məktubları göndərən Mədəniyyət və Turizim Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə, Qazax Rayon İcra Hakimiyyətinə, Ağstafa Rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlığını və ülvi təşəkkürlərini bildirdi. Qeyd etdi ki, onu yaşadan da elə bu sevgilərdir, bu münasibətlərdir.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı ) kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya təhsil alıb. (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb, “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.
1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər “Öz evində qonaq” pyesi tamaşaya qoyulub (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. “Kişilik haqqında himn” şeirlər toplusu “Xəzər” nəşriyyatında kütləvi tirajla buraxılıb (2002). “Dərd məni dilləndirir” (2003) publisistik əsərlər toplusu, “Mənim gizlinlərim” (2002-2003) avtobioqrafik romanı, “Ana intiqamı” (1995) povesti rəğbətlə qarşılanıb. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya , Fransa , İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olub.
qazaxib.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here