Nizami Cəfərov (AMEA-nın müxbir üzvü)

0
1919

Nizami Cəfərov — Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, BDU-nun ümumi dilçilik kafedrasının müdiri.

Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.  Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

25 kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir.

Evlidir, 2 övladı var.

 

Əsərləri

  • Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991
  • Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995
  • “Bəxtiyar Vahabzadə” Bakı, Azərnəşr-1996. 80 səh. şəkilli
  • Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999
  • Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001
  • Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya), Bakı, 2001.
  • Türk xalqları ədəbiyyatı,4 cilddə: I cild (Qədim dövr), II cild (Orta dövr), III cild (Yeni dövr). Bakı: Çaşıoğlu, Azərbaycanda Atatürk Mərkəzi, 2007.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here