Təbrik edirik, Arzuman müəllim!

0
283

Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Hilal” Sosial araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimovun doğum günü olmuşdur.

Arzuman Səid oğlu Abdulkərimov 5 sentyabr 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. Orta Salahlı kənd orta məktəbini bitirdikdən sonra indiki Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə könüllü olaraq erməni təcavüzünə qarşı hərbi xidmətə getmişdir. Qazaxda, Qarabağda döyüş yolu keçmişdir. Arzuman Abdulkərimov iş adamı kimi hər zaman xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur. O, 2016-cı ildə Qazax rayonundan ən yüksək balla ali təhsil ocaqlarına qəbul olmuş dörd nəfər tələbəyə “Hilal” diplomu və pul mükafatı vermiş, Bakı Dövlət Universitetinin Qazax filialına ən yüksək balla qəbul olmuş bir nəfər tələbəyə isə bir illik aylıq təqaüd vermişdir.

Arzuman Abdulkərimov hər zaman dövlətini və millətini sevən bir şəxs kimi ictimai işlərdə aktiv bir vətəndaş olaraq, hər zaman Qazax Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də özünəməxsus yer tutmuşdur.

Doğum günü münasibətilə Arzuman Abdulkərimovu Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və Cəmiyyətin bütün üzvləri adından təbrik edir, ona can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here