Gündüz Kərimov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkçisi təyin edildi

0
4827

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. Gündüz Kərimov Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyəti və üzvləri adından Gündüz Kərimovu səmimqəlbdən təbrik edir, ona göstərilən yüksək etimadı doğrultmaq və dövlətimizə, dövlətçiliyimizə xidmət yolunda uğurlar arzulayır.

P.S. Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə qalib olub.

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 – 2014 -cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

2014 – cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri, həmçinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.

Evlidir, iki övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here