Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovu doğum günü münasibətilə təbrik edirirk

0
1632

Avropa birinciliyinin və Dünya kubokunun qalibi, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun doğum günüdür. Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi, “Şöhrət” ordenli Firdovsi Umudov Azərbaycanın idman tarixində böyük xidmətləri olan idman mütəxəssisisdir. Onun yetirmələri dəfələrlə doğma Azərbaycanımızın üçrəngli bayrağını beynəlxalq yarışlarda ucalara qaldırmışdır. Azərbaycanın və dünyanın ən yaxşı məşqçisi adına layiq görülmüş pəhləvanımız Qazax Güləş Məktəbinin yetiurməsi kimi, hər zaman Qazaxlı idmançılara dəstək olur, Qazax Güləş Məktəbinə köməkliklər edir. Ümumiyyətlə, Firdovsi Umudov el-obasına bağlı, təəssübkeş, ləyaqətli, bir qazaxlı kimi “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində də həmişə yaxından iştirak etmişdir.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyəti və üzvləri, Qazax mahalının ziyalıları adından “Şöhrət” ordenli Firdovsi Umudovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

Firdovsi Umudov at the 2016 Summer Olympics.jpg

P.S. Firdovsi Qəminalı oğlu Umudov 5 yanvar 1977-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Uşaq vaxtlarından idmana həvəsi olan Firdovsinin idmançı kimi yetişməsində atasının böyük rolu olmuşdur.

Firdovsi Umudov sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir.

Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Firdovsi Umudov 2012-ci ildə “Şöhrət” ordeni, 2016-cı ildə isə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilmişdir.

Firdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb.

2007-2008-ci illərdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, 2008-2016-ci illərdə isə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi kimi fəaliyyət göstərib.

2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir. 

 
 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here