Şair İbrahim İlyaslının 55 illiyinə həsr olunmuş tədbir keçiriləcək

0
1478

6 oktyabr 2018-ci il tarixdə saat 14:00 da Azərbaycanda Atatürk Mərkəzində “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli şair İBRAHİM İLYASLININ 55 illiyinə həsr olunmuş tədbir və “Şair olmaq zülümdü” kitabının imza günü keçiriləcək.

Hər kəs dəvətlidir.

 

P.S. Hacıyev İbrahim Musa oğlu 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1980-ci ildə Aslanbəyli kənd orta məktəbini bitirib və Azərbaycan Politexnik İnstitunun axşam şöbəsinə daxil olub. 1990-cı ildə mühəndis-mexanik ixtisası üzrə institutu bitirib.

1980-ci ildən 1983-cü ilə kimi hərbi xidmətdə olub. 1985-ci ildən 1990-cı ilə kimi Sumqayıt Alüminium zavodunda işləyib. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrinin yaratdığı “Dəniz” ədəbi birliyinə sədr seçilib və o vaxtdan fəaliyyətini bu şəhərin ədəbi mühiti ilə bağlayıb.

1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1999-cu ildə Azərbaycan Respublikasının istedadlı gənc yazarlarına fərdi təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

1998-ci ildə “Hamı bir körpüdən keçir”, 2004-cü ildə “Mən bir söz bilirəm” adlı şeirlər kitabları çap olunub.

2008-ci ildə dünya xalqlarının nağıllarından ibarət “Yüz sevimli nağıl” seriyalı 25 cildlik kitabı Türkiyə türkcəsindən çevirib və nəşrə hazırlayıb.

2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb. 2009-cu ildə şeirləri Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunan “Çağdaş Azərbaycan şeiri” antalogiyasına daxil edilib.

2009-cu ildə Sumqayıt şəhərinin yaradılmasının 60 illiyi münasibətilə keçirilmiş “Sumqayıta həsr edilmiş ən yaxşı şeir” müsabiqəsində “I Dərəcəli Diplom”la təltif edilib.

2009-cu ildə “Mədəniyyət sahəsində uzun müddətli, səmərəli fəaliyyətinə görə və Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilib.

2011-ci ildə “Yuxuma söykənmiş adam” adlı şeirlər kitabı çap olunub.

2011-ci ildə TC Ərzurum şəhərində “Müstəqilliyinin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri” adlı toplantı çərçivəsində keçirilən “Azərbaycan-Ərzurum şair və ozanları şölən”ində Azərbaycanı təmsil edib.

2013-cü ildə ümumtürk ədəbiyatı qarşısında xidmətlərinə görə Dünya Gənc Türk Yazarları Birliyinin “Üstün Hizmet Nişanı” ödülünə layiq görülüb.

“Yuxuma söykənmiş adam”adlı 3-cü şeirlər kitabı cənublu soydaşlarımızın istəyi ilə 2013-cü ildə transliterasiya edilərək İran İslam Respublikasında – Təbriz şəhərində yerləşən “Haşimi Sudmənd Yayın Evi” tərəfindən kütləvi tirajla nəşr edilib.

2015-ci ildə ünlü qazax şairi və nasiri, dramaturq və ictimai xadim Sabit Dosanovun 75 illik yubileyində Azərbaycan Yazıçılar Birliyini təmsil etmək üçün Qazaxstanın Almatı, Kostanay, Amangeldi, Astana şəhərlərində səfərdə olub.

2016-cı ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Mahmud Kaşqari Medalı” ilə təltif edilib.

2016-cı ildə “Çağdaş tatar poeziyası antologiyası”nın hazırlanmasında göstərdiyi xidmətlərə görə Kazanda fəaliyyət göstərən “İDEL”in “Fəxri Fəraman”ı ilə təltif edilib.

2017-ci ildə TC Ankarada keçirilən “Türkiyə-Azərbaycan əlaqələri: Qardaşlıq və strateji əməkdaşlıq” adlı Beynəlxalq Simpoziumda ədəbiyyat adına Azərbaycanı təmsil edib.

2017-ci ildə çağdaş Arxangelsk poeziyasından ibarət “Kainatın cazibəsi” adlı Antologiyanın hazırlanmasında göstərdiyi xidmətlərə görə Rusiya Yazıçılar İttifaqının “Təşəkkür Məktubu” və Azərbaycanda Rus İcmasınının “Fəxri Fərman”ı ilə təltif edilib.

2017-ci ildə Qazaxstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında, o cümlədən “Yeni Qazax şeiri Antologiyası”nın hazırlanmasında xidmətlərinə görə “Altun Adam” mükafatına layiq görülüb və Qazaxstan Respublikası Mədəniyyət Nazirinin “Təşəkkür Məktubu” ilə mükafatlandırılıb. 2017-ci ildə TC Manisada keçirilən “Türk dünyasında iz buraxanlar: Abdurrəhim Karakoç – Bəxtiyar Vahabzadə Şeirləri və türküləri” törənində Azərbaycan adından iştirak və çıxış edib.

2018-ci ildə Qazaxstan Prezidentinin “Gələcəyə baxış: ictimai təfəkkürün modernləşməsi” proqramı çərçivəsində Qazaxstanın Atırau Dövlət Universitetində keçirilən “Novruz bəşəriyyətin qeyri-maddi mədəni irsi” Beynəlxalq Elmi Konfransında məruzəçi olaraq Azərbaycanı təmsil edib.

2018-ci ildə TC İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vakfının Fəxri Üzvü seçilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here