Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Elçin İsmayıl oğlu Şıxlının doğum günüdür.

Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri və nüfuzu olan Elçin Şıxlı Azərbaycan mediasına hər zaman müasirlik, yenilik gətirən bir navatordur. Onun dərin savadı, yüksək mədəniyyəti, jutnalist etikası hər zaman peşəsi ilə şəxsiyyəti arasında bir vəhdət təşkil edərək, müasirləri arasında onu fərqləndirmişdir. Elçin Şıxlı hansı işdə işləməsindən asılı olmayaraq, həmişə ədaləti, insanlığı, məğrurluğu, millət və vətən sevgisini öndə qalxan tutmuşdur.

Xalq yazıçısı İsmayıl Şıxlının ydaigarı olan Elçin Şıxlı daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir insandır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, İsmayıl Şıxlın ocağının davamçısı Elçin Şıxlını 61 yaşının tamam olması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. Elçin müəllim, biz sizinlə fəxr edirik!

P.S. Elçin İsmayıl oğlu Şıxlı 4 oktyabr 1957–ci ildə Bakı şəhərində anadan olmuşdur.

1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir.

1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

1979-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.

1979-1981-ci illərdə Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusunda hərbi xidmət keçmiş və hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.

1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir.

1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur.

1986-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.

1988-1989-cu illərdə V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur.

1989-1990-cı illərdə “Azəpbaycan Kommunisti” – “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışmıdır.

1990- 1998-ci illərdə “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1999-2001-ci illərdə “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

2001-2014-cü illərdə “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru olmuşdur.

2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.

Evlidir. İki övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here