Dekabrın 8-də Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Klubunun təşkilatçılığı, Sumqayıt şəhər ictimaiyyətinin və sumqayıtlı yazarların iştirakı ilə Azərbaycan Yazışılar Birliyinin üzvü, tanınmış pedaqoq və şair, əmək veteranı, Qazax Pedaqoji Texnikomunun (Qazax Müəllimlər Seminariyası) məzunu, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Qənirə Mehdixanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Qənirə Mehdixanlının pedaqoji fəaliyyəti, ədəbi yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib və yubilyara Poeziya Evinin Fəxri Fərmanını təqdim edib.

Sonra söz Respublikanın əməkdar müəllimi, tanınmış şair Ofelyaya Babayevaya verilib. Ofelya xanım Qənirə Mehdixanlının Sumqayıtın təhsil sistemindəki uzun müddətli səmərəli fəaliyyətindən söz açıb və onu yubileyi münasibəti ilə təbrik edib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov Qazax Pedaqoji Məktəbinin sonuncu məzunlarından olan yubilyarı təbrik edərək ona İctimai Birliyin Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.

AJB Sumqayıt bölməsinin sədri, əməkdar jurnalist Rafiq Oday, AYB Qubadlı Regional bölməsin sədri, tanınmış bədihə ustası Namiq Məna, Sumqayıt Veteranlar Şurasının sədri Leyla xanım Qənirə Mehdixanlı haqda öz ürək sözlərini söyləyib və yubilyara Fəxri Fərman və hədiyyələr təqdim ediblər.

Ədəbiyyatşünas alim Məti Osmanoğlu, filologiya elmləri doktoru, professor, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, tanınmış şairlərdən əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli, Gülnarə Cəmaləddin və Rəfail İncəyurd Qənirə Mehdixanlının ömür yolundan söz açıb, onu yubileyi münasibəti ilə təbrik ediblər.

Sumqayıtda aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan Qənirə Mehdixanlının 80 illik yubiley tədbirinə aşıqların çıxışları xüsusi rəng qatıb. Aşıq İlham Aslanbəylinin, Aşıq Ceyhunun, Aşıq Çərkəzin, Aşıq Ruhiyyə Qarabağlının çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda Qənirə xanım Mehdixanlı çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və yeni şeirlərindən nümunələr oxuyub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here