Xalq artisti Tarıyel Qasımovun 80 illik yubiley gecəsi keçirilmişdir

0
196

Martın 30-da Azərbaycan Dövlət Tamaşaçılar Teatrında Xalq artisti Tariyel Qasımovun 80 illik yubiley gecəsi keçirildi.

Yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yolundan bəhs edən
video-roliklər təqdim olundu. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teartırına aid olan sənətkarın filmlərdə və bu teatr səhnəsində canlandırdığı Cəlal, Bəxtiyar, Söhrab, Zaur, Pərviz, Kazım, Şamil, Məşədi Əzizbəyov, Polkovnik, Zərbalıyev Səbzəli, Salahov, Qədim, Həsənzadə, Nihad və digər bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlarından və gözəl xatirələrindən bəhs olundu. 80 yaşı olmasına baxmayaraq bu gözəl tədbirin bütün məsuliyyətini öz üzərinə götürən Tariyel Qasımov həm aparıcılıq etdi, həm də tamaşaçılarla həmsöhbət olmaq üçün səmimi bir ab-havada hər kəsin ürəyini oxşadı.

Tədbirdə Əməkdar artist Gülüstan Əliyeva, Əməkdar artist Elza Seyidcahan və digər mədəniyyət, incəsənət xadimləri cə Gənc Tamaşaçılar Teatrının rəhbərliyi çıxış edərək yubilyarı təbrik etdilər.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, professor Rüstəm Kamal, rejissor Şeyx Əbdül, Xalq artisti Yasin Qarayev, tanınmış rəssam Qafar Sarıvəlli və digərləri də çıxış edərək Xalq artisti Tarıyel Qasımovun həyat və yaradıcılığından bəhs edərək xatirələr söylədilər.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov öz çıxışında Xalq artisti Tarıyel Qasımovu İctimai Birliyin bütün üzvləri adından salmayaraq qeyd etdi ki, bugünkü tədbirdə hamımızın sevimlisi Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatları, Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi , teatrşünas İlham Rəhimli və onlarca tanınmış sənət insanları və ziyalılar iştirak edir. Sonra “Qazax” Xeyriyyə İctimai Birliyinin adından rəssam Qafar Sarıvəllinin Xalq artistinin kətan üzərində işlənmiş əzəmətli portreti hədiyyə edildi.

Tədbirə gələn qonaqlar arasında görkəmli sənətkarlar çox idi. Onlardan Rafiq Əzimov, Hacı İsmayılov, Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Niyaməddin Musayev, dövlət və hökumət nümayəndələri və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak edirdilər.

Tədbirin sonunda tədbirin bitməsinə baxmayaraq, gələn qonaqlar aktyorun yanından ayrılmır, təbrik edir və onunla xatirə şəkilləri çəkdirdilər.

Biz də Tariel Qasımovu bir daha təbrik edir, ona möhkəm can sağlığı və hər zamankı kimi yadda qalan yeni-yeni rollar arzu edirik.

P.S. Tariyel Qasımov 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram Teatrında aktyor işləyib. 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur.

1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. 10 dekabr 2018-ci il tarixində Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif olunub. “Ömrün sənət yollarında”, “İnam” kitablarının müəllifidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here