Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanovun İkinci Şıxlı kəndində yas mərasimi keçirildi

0
1760

Aprel ayının 3-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax rayonunun İkinci Şıxlı kəndində Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanovun 7 mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin Türkiyədə yaşayan, uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi fəaliyyətlə məşğul olan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi mart ayının 28-də ata yurdu olan Qazax rayonuna gətirilərək İkinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yas mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, rayon ağsaqqalları, ziyalılar, mərhumun yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, professor Babək Qurbanovun qəbirüstünün götürülməsi Qazax Rayon İcra Hakimiyyəti ilə “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə iştirakı ilə həyata keçiriləcək.

Allah rəhmət eləsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here