Atatürk Mərkəzində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib

0
1828

Aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın icrası ilə əlaqadar olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə “Milli təhsilimizin bünövrəsi: Qazax Müəllimlər Seminariyası” mövzusunda elmi-praktik konfrans və həmçinin tanınmış araşdırmaçı, publisist və nasir, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının təqdimatı keçirilib.

Tədbirdə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, Xalq şairi, Heydər Əliyev Mükafatı laureatı, professor Nəriman Həsənzadə, akademik Hüseyn Əhmədov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, professor Fərrux Rüstəmov, professor Rüstəm Kamal, araşdırmaçı-alim Məti Osmanoğlu, texnika elmləri doktoru, Əməkdar mühəndis Qasım Abdullayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Firdovsi Umudov, Firudun bəy Köçərlinin tədqiqatçısı Pərixanım Mikayılova, dosent Yusif Alıyev, dosent Dürdanə Vəkilova, Sultanxanım Nəsibova, məktəb direktorları Yeganə Qurbanova, Fikrət Xəlilov, Sevda Qocayeva, şairlər Rafail İncəyurd, Çiçək Mahmudqızı, Zaməddin Ziyadoğlu, Gülamayıl Murad, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, Qazax Müəllimlər Seminariyasının varisi Qazax Pedaqoji Texnikomunun məzunu Qənirə Mehdixanlı, tədqiqatçı jurnalist İsmayıl Umudlu, dosent Hamlet Süleymanov, həkim Məmməd Nəsibov, müğənni Alim Aslanoğlu, Vaqif Abdullayev, dosent Osman Musayev, professor Alxan Bayramoğlu, professor Təyyar Salamoğlu, professor Mahmud Allahmanlı, Bəhruz Əliyev, Həmzə Cəlilov, Raliz Qaravəliyev, Həmzə Məlikov, Rövşən Babanlı, tənqidçi Əsəd Cahangir, yazıçı Varis Yolçuyev, həkim Yusif Rəhimov, jurnalist Səbinə Yusif və digər tanınmış elm xadimləri iştirak edirdilər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov konfransı giriş sözü ilə açaraq konfrans iştirakçılarını İctimai Birliyin bütün üzvləri adından salamladı. Qeyd etdi ki, hamımıza məlumdur ki, Cümhuriyyətimizin 100 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkədə  “Cümhuriyyət ili” elan olundu. Bu münasibətlə bir çox nazirlik və güc orqanlarının 100 illik yubiley tədbirləri qeyd olundu, iki möhtəşəm hərbi parad keçirildi. Amma biz baxdıq ki, Cümhuriyyətimizlə eyni yaşda olan, Zaqafqaziya Müəllimlər Seminariyasının varisi olan Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley yaşı əlamətdar hadisə kimi qeyd edilmir. Ona görə də təcili Seminariyanın araşdırıcılarını, təhsil tədqiqatçılarını bir araya toplayıb cənab Prezidentə rəsmi sənədlər əsasında mükəmməl bir məktub hazırladıq və həmin məktuba ehtiram əlaməti olaraq “Şərəf” və “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Teymur Bünyadov və Xalq şairi, Heydər Əliyev ordeni laureatı, professor Nəriman Həsənzadə imza ataraq göndərdik.

Prezidentin reaksiyası özünü çox gözlətmədi. 3 noyabr 2018-ci il tarixdə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı.

Bu Sərəncam təhsil ictimaiyyəti, elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim və mütəxəssilər tərəfindən sevinclə qarşılanıb. Həmin məktubun və sərəncamın mətnini biz İctimai Birliyin saytında və “Dəli Kür” qəzetində vermişik. Bununla da cənab İlham Əliyev bir daha sübut etdi ki, o həm ölkənin, həm də özünün andiçmə mərasimində dediyi kimi bir Azərbaycan vətəndaşının prezidentidir.

Bu tarixi sərəncam imzalandıqdan sonra biz Qazax rayon İcra Hakimiyyəti ilə birlikdə bu Sərancamın icrası ilə bağlı birgə işlər görməyi razılaşıdraraq tədbirlər planımıza daxil etmişik.

İ.Pirməmmədov qeyd etdi ki, ulu öndər Heydər Əliyev Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş ümümrespublika elmi-praktiki konfransın iştirakçılarına ünvanladığı məktubda qeyd etmişdir ki, Qazax Müəllimlər Seminariyası 40 illik fəaliyyəti dövründə respublikanın müxtəlif bölgələri üçün minlərlə müəllim kadrları hazırlamışdır. Azarbaycanın bir sıra tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri bu təhsil ocağının yetirmələridir. Adları Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı kimi görkəmli simalar məhz həmin seminariyanın ilk məzunları olmuşlar.

Həqiqətən də ulu öndərin təbrincə desək, Qazax Müəllimlər Seminariyası Azərbaycan mədəniyyəti tarixində inqilabi bir yenilik idi. Bu məqsədlə də tədbirlər planında Qazax Müəllimlər Seminariyasının binasının təmir olunaraq burada “Maarif Muzeyi”nin yaradılması qeyd olunmuşdur. Bu muzeydə Qazax Müəllimlər Seminariyası ilə yanaşı Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin tarixini əks etdirən guşənin, Qazax Pedaqoji Texnikomunun fəaliyyətini əks etdirən bölmələrin də yaradılması nəzərdə tutulub. Binanın önündə isə Seminariyanın yaradıcısı və qurucusu Firudin bəy Köçərlinin büstünün qoyulmasına baxılacaq.  Qazax Müəllimlər Seminariyası yarandıqdan sonra iki il sonra Azərbaycan işğal olunur, Seminariyanın qurucusu Firudin bəy Köçərli güllələnir və Seminariyanın adı dəyişdirilərək Qazax Pedaqoji Texnikomu adlandırdı. Qazax Pedaqoji Texnikomu da 40 ildən çox fəaliyyət göstərərək milli düşüncəli müəllim və pedaqoji kadrların hazırlanmasında mühüm işlər görmüşdür. Bu haqda Azərbaycan təhsil tarixini ilk dəfə qələmə alaraq yazan sabiq Təhsil naziri Misir Mərdanov çoxcildili “Azərbaycan təhsil tarixi” kitablarında xüsusi məlumatlar var.

İ.Pirməmmədov bir daha qeyd etdi ki, keçirilən elmi-praktik konfrans da Prezidentimizin imzaladığı tarixi sənədin icrası ilə əlaqədar görülmüş işlərin davamıdır. O qeyd etdi ki, bu gün, eyni zamanda, Qazax Müəllimlər Seminariyasının təməli qoyulduğu böyük təsil ocağı olan Qori (Zaqafqaziya) Müəllimlər Seminariyasına olan mənəvi borcumuzu da unutmuruq. Ona görə də yazıçı-publisist Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının yeni nəşrinin də təqdimını bu gün Seminariyanın 100 illik yubiley tarixi ilə bir günə təyin etdik.

Sonra İ.Pirməmmədov çıxiş üçün sözü “Qoridən gələn qatar” kitabının müəllifi yazıçı-publisist Şəmistan Nəzirliyə verdi. Ş.Nəzirli çıxış edərək Zaqafqaziya Müəllimlər Seminariyasının yaranmasını və fəaliyyətini tarixi sənədlər əsasında qələmə aldığından danışıb.

İ.Pirməmmədov sözü Qazax Müəllimlər Seminariyasının mükəmməl araşdırıcısı, tanınmış pedaqoq, pedaqoji elmlər doktoru professor, Rusiya Elmlər Akademiyasının xarici üzvü Hüseyn Əhmədova verdi. H.Əhmədov öz çıxışında elmi fəaliyyətinin əsas hissəsini seminariyanın araşdırılmasına həsr etdiyini bildirib. AXC-nin qərarı əsasında yaradılmış Qazax Müəllimlər Seminariyasının Azərbaycan maaarif salnaməsinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib. O qeyd etdi ki, Qazax Müəllimlər Seminariyası Zaqafqaziya Müəllimlər Seminariyasının birbaşa varisidir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxış edərək görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firudin bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyasının ana dilinin inkişafına, Azərbaycanda elmin, maarifin və mədəniyyətin tərəqqisinə verdiyi misilsiz töhfələrdən danışıb. Həmçinin qeyd etdi ki, 1999-cu ildə Təhsil Naziri işlədiyim dövrdə Qazaxda rayon səviyyəsində Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyi qeyd edilmişdir. Ulu öndər televiziyada bu tədbiri görmüş və Qqazax Müəllimlər Seminariyasının 10-15 adamla rayon səviyyəsində qeyd edilməsini çox pis qarşıladığını bildirdi və mənə tapşırdı ki, Təhsil Nazirliyi Seminariyanın 80 illik yubileyi ilə bağlı Respublika səviyyəli konfrans təşkil etsin və ora mən təbrik məktubu göndərəcəm. O dediyi kimi də biz Seminariyanın 80 illik yubileyini böyük formada keçirdik.

Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı, əməkdar elm xadimi, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan təhsil sisteminin yaranmasında və inkişaf etməsində Qazax Müəllimlər Seminariyasının oynadığı roldan danışıb, onun əhəmiyyətini yüksək qiymətləndirib.

İ.Pirməmmədov sözü Qazax Müəllimlər Seminariyasının məzunlarını canlı olaraq görmüş, onlarla ünsiyyətdə olmuş Xalq şairi Nəriman Həsənzadəyə verdi. N.Həsənzadə seminariyanın məzunları olmuş Səməd Vurğunun, Mehdi Hüseynin, Osman Sarıvəllinin, İsmayıl Şıxlının Azərbaycanın ədəbiyyatına verdikləri töhfələrdən söz açaraq bundan sonra min il də keçsə Qori Müəllimlər Seminariyası kimi, Qazax Müəllimlər Seminariyası da öz dominattlığını qoruyub saxlayacaq.

Sonra İ.Pirməmmədov çıxış üçün sözü Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmova verdi.

F.Rüstəmov öz çıxışında Qazax Müəllimlər Seminariyasını Azərbaycanın maarifçi fikir tarixinin mühüm bir hissəsi kimi qiymətləndirib.

Daha sonra çıxış üçün söz alan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tədqiqatçılardan İsmayıl Umudlu, Pərixanım Mikayılqızı, tənqidçi Əsəd Cahangir, yazıçı Varis Yolçuyev isə öz çıxışlarında keçirilən elmi-praktik konfransı yüksək qiymətləndirərək Qazax Müəllimlər Seminariyasının Azərbaycan tarixindəki əhəmiyyətindən söz açıblar.

 

 Seminariyanın məzunu Qənirə Mehdixanlı, şair Zaməddin Ziyadoğlu seminariyanın 100 illiyinə və Ş.Nəzirliyə həsr etdikləri şeirlərini oxuyublar.

Sonra İ.Pirməmmədov Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley tədbirinin hazırlanmasının Qazax rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq keçiriləcəyini dedi. O qeyd etdi ki, 2019-cu il ərzində ölkənin bütün ali məktəblərində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək, yekun dövlət tədbiri isə noyabr ayında keçiriləcək.

İ.Pirməmmədov sözü Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıla verərək ondan Qazaxda görülmüş işlər haqqında məlumat verməsini dedi. E.İsmayıl öz növbəsində çıxış edərək seminariyanın 100 illik yubileyi ilə əlaqədar Qazax rayonunda görülən işlərdən söz açıb. Qeyd edib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bununla bağlı sərəncam verib. Sərəncama uyğun olaraq hazırlanmış Tədbirlər planı Təhsil Nazirliyinə təqdim edilmiş və olduğu kimi qəbul edilərək təsdiq edilmişdir. Yubileylə əlaqədar rayonun qabaqcıl elm, təhsil və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Seminariyanın 100 illiyi ilə bağlı “Ziya ocağı” adlı tarixi kitabın yazılmasına başlanılmışdır. Eyni zamanda, araşdırma aparmaq üçün Gürcüstan Milli Arxivinə müraciət edilmişdir. Qazaxda, Bakıda, Sumqayıtda yaşayan Qazax Pedaqoji Texnikomunun məzunları ilə görüşülmüş, onlardan maraqlı fotolar, məktublar götürülmüşdür. Yubileylə bağlı “Qoridən gələn Ziya qatarı” filminin çəkilməsi də nəzərdə tutulmuş, filmin ssenarisi yazılmış və yaxın günlərdə çəkilişlərinə başlanılacaqdır. Mən fürsətdən istifadə edərək bu məclisdə iştirak edən dəyərli tədqiqatçılarımıza təklif edirəm ki, arxivlərində olan dəyərli sənədlərin, özlərin, ya da sürətlərini Qazax Müəllimlər Seminariyasının tarixi binasında yaradılacaq Təhsil Muzeyinə təqdim etsinlər. Hər bir eksponatı təqdim edəcək şəxsin adını da qeyd edəcəyik.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə may ayında seminariyanın 100 illiyinə həsr edilmiş “Azərbaycan təhsili və elminin müasirproblemləri” mövzusunda elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarəHeyətinin sədri, professor İlham Pirməmmədov konfransa yekun vuraraq Qazax Müəllimlər Seminariyasının Azərbaycanın təhsil tarixində xüsusi yerinin, önəminin olduğunu qeyd edərək, bu sahədə gələcəkdə görüləcək işlərdən danışdı. Sonda bildirdi ki, Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsilə bağlı Prezidentin imzaladığı Sərəncamın icrası ilə əlaqədar yaxın günlərdə burada elə sizlərin iştirakı ilə növbəti möhtəşəm tədbir keçirəcəyik.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here