Bu gün polis polkovniki Tapdıq Osmanovun günüdür

0
821

Bu gün Daxili İşlər Nazirliyinin sabiq polis polkovniki, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, “İnter Peşəkar İdman Klubu” MMC-nin direktoru Tapdıq Qara oğlu Osmanovun doğum günüdür. Onun 65 yaşı tamam olur.

Tapdıq müəllim uzun illər polis orqanında çalışmış, daim el-obanın, dost-tanışın hörmətini qazanmış, peşəkar insan olmuşdur. O bu gün də böyük rüh yüksəkliyi ilə əmək və ictimai fəaliyyətini şərəflə davam etdirir.

Tapdıq Osmanov hər zaman “Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirlərində yaxından iştirak edir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Tapdıq Osmanovu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Tapdıq müəllim, biz sizinlə fəxr edirik!

P.S. Osmanov Tapdıq Qara oğlu 1 may 1954-cü ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub.

1971-ci ildə Qazax rayonu II Şıxlı kənd orta məktəbini bitirib.

1972-1974-cü illərdədə Silahlı Qüvvələrdə həqiq hərbi xidmətdə olub.

1977-1983-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

1975-ci ildən 2011-ci ilədək Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. İstefada olan polis polkovnikidir.

2012-ci ildən 2016-ci ilədək Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında şöbə müdiri vəzifəsində çalışıb.

2016-cı ildən “BAKFEM”MMC-də Baş direktor, 2017-ci ildən “İnter PİK”MMC-də Baş direktor, 2018-ci ildə isə “Property İnvestments” MMC-yə Direktorudur.

Peşəkar idmanla məşqul olub, sambo və cüdo üzrə SSRİ idman ustasıdır.

Ailəlidir, üç övladı var.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here