“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü Məlahət Qurbanovanı doğum günü münasibətilə təbrik edirik

0
485

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamı, xeyriyyəçi Məlahət Moşu qızı Qurbanovanın doğum günü, 60 illik yubileyidir. Məlahət xanım ölkəmizin iqtisadi inkişafında, lombard-bank sisteminin möhkəmləndirilməsi istiqamətində böyük xidmətləri olan bir mütəxəsisdir. Həmçinin o, dəyərli ailə başçısıdır.

Məlahət xanım, həmçinin “Qazax”Xeyriyyə İctimai Birliyinin tədbirlərində mütamadi olaraq iştirak edir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Məlahət Qurbanovanı 60 illik yubiley münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Məlahət xanım, biz sizinlə fəxr edirik!

P.S. Məlahət Qurbanova 5 may 1959-cu ildə Qazax rayonunda el-obada böyük hörmət və izzət sahibi Qara Moşunun ailəsində dünyaya göz açmışdır. 

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

1987-ci ildən Bakı şəhər Lombardına müdir təyin olunmuşdur.

Hazırda Respublikada Lombard sahəsində tanınmış mütəxəssisdir.

Fatimə adlı bir qızı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here