Doktor Nağdalıyev Hatəmalı haqq dünyasına qovuşmuşdur

0
4130
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, millət vəkili akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, millət vəkili Kamran Nəbizadə, millət vəkili Ülviyyə Ağayeva, texnika elmləri doktoru, Əməkdar mühəndis Qasım Abdullayev, Məmməd Musayev, professor Mustafa Babanlı, professor Əhməd Vəliyev, Fuad Hacıyev, Vidadi Bayramov, general-mayor Mahmud Həmzəyev, polkovnik Namiq İsmayılov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Fikrət Hacıyev, Roman Nağıyev, Ramiz Göyüşov, Əməkdar məşqçı Firdovsi Umudov, Bəhruz Əliyev, Kamal Axundov, Labidə Batıyeva, professor Məhəbbət Dəmirçiyeva Məlahət Qurbanova, professor Salatın Əhmədli, Sultanxanım Nəsibova, Fəridə Ləman, Dürdanə Vəkilova, Səbinə Yusif, Rafail İncəyurd, Həsrət Pirməmmədov, Zaməddin Həmişəyev, Çiçək Mahmudqızı, Cığatel İsaqızı, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, Qazax-Ağstafa mahalının bütün ziyalıları adından Fərhad Nağdalıyevə atası Hətəmalı doktorun dünyasını dəyişməsindən kədərləndiyini bildirir, ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirlər.

P.S. Nağdalıyev Hatəmalı Əhməd oğlu 1931-ci il avqustun 26-da  Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur.

1937-1948-ci illərdə Qaymaqlı kənd orta məktədində oxumuşdur.

1948-ci ildə Tibb Universitetinə qəbul olmuş, 1954-cü ildə həkim ixtisası ilə universiteti bitirmişdir.

1955-ci ildə Şuşa şəhərinə təyinat almış və 1963-cü ilə qədər Şuşa şəhər xəstəxanasında işləmişdir.

 1964-cü ildən 2012-ci ilədək – 48 il Qazax rayon Ruhi Əsəb Xəstəxanasında həkim işləmişdir. Səhiyyə sahəsində göstərdiyi  xidmətlərə  görə 26 may 1981 ci ildə keçmiş SSRİ-nin ən yüksək iki  ordenindən biri, “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılmışdır.

 12 dekabr 1958-ci ildə Nəbiyeva Zərqələm Alı qızı ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən  beş övladı, on nəvəsi, dörd nəticəsi var. Onlardan böyük oğlu  Nağdalıyev Fəhrad Hatəmalı oğlu  və nəvəsi Nağdalıyev Hatəm Şücayət  oğlu,  bunlar həkim kimi ata və  babasının  davamçılarıdır.

Hətəmalı doktor 10 may 2019-cu ildə dünyasını dəyişmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here