Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mühəndis Qasım Abdullayev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir

0
2983

Azərbaycan Respublikasının Prezidentinın 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri, “Şöhrət” ordeni laureatı, Əməkdar mühəndis, texnika elmləri doktoru Qasım İsrafil oğlu Abdullayev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Qasım Abdullayev uzun illər dövlətin ən vacib sahələrindən birində – Metro-tunel tikinti sahəsində çalışaraq bu yöndə böyük işlər görmüşdür. Bu xidmətləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək, əməyi müqabilində “Şöhrət” ordeni ilə təltif edilmiş, Əməkdar mühəndis fəxri adına layiq görülmşüdür. Həmçinin Qasım Abdullayevin fəaliyyətinin yüksək qiymətləndirilərək bu ali mükafatla – “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsi “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərini və bütün Qazax mahalının ziyalılarını olduqca çox sevindirdi və bu təltifə görə cənab Prezidentə səmimi qəlbdən minnətdarlıq edirik.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, professor Mustafa Babanlı, Fuad Hacıyev, Vidadi Bayramov, Ramiz Göyüşov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Əməkdar məşqçi Firdovsi Umudov, Fikrət Hacıyev, Kamal Axundov, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Yusif Rəhimov, Rafail İncəyurd, İbrahim İlyaslı, Zaməddin Həmişəyev, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Əməkdar mühəndis Qasım Abdullayevi Azərbaycan Respublikasının Prezidentinın sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsimünasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırlar.

Qasım müəllim, biz sizinlə fəxr edirik!



BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here