“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri Vidadi Babanlını evində ziyarət ediblər

0
74
?

İyul ayının 24-də “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin sədr müavini Puşkin Əhmədov, Birliyin üzvləri YAP Binəqədi Rayon Təşkilatınının sədri Ramiz Göyüşov, professor Valeh Nəsibli, şair Rafail İncəyurd, təhsil eksperti Etibar Əliyev, şair Söhrab Abdullah, dosent Yusif Alıyev, rəssam Nəvai Mətin, jurnalist Səbinə Yusif və Aşıq Şaiq Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü, ustad yazıçı, şair Vidadi Babanlını evində ziyarət etmişdilər.

?

İilham Pirməmmədov gəlişlərinin məqsədini bəyan edərək, onları bu görüşə gətirən istəyin Vidadi Babanlı sevgisi, Vidadi Babanlı məhəbbətinin olduğunu qeyd etdi. Bildirdi ki, Vidadi Babanlı hər bir Azərbaycan oxucusunun qəlbində əbədiyaşar, əzəmətli bir abidə ucaltmışdır. Qeyd etdi ki, artıq 40-50 ildən çoxdur ki, Vidadi müəllimin əsərləri cəmiyyətin formalaşmasında böyük təsir gücünə malikdir . Bu gün də gənclərimiz Vidadi Babanlının əsərlərini sevə-sevə oxuyur, çünki Vidadi müəllim tək dünənin, bu günün yazıçısı, şairi deyil. Vidadi Babanlı yüzillər sonra da sevilərək oxunan, xatırlanan ədəbiyyat insanı olacaq, – deyə İ.Pirməmmədov qeyd etdi. Həmçinin o qeyd etdi ki, 2017-ci ilin aprel ayında “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən böyük sənətkarımızın 90 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Tədbirdə akademiklər, professorlar, Milli Məclisin deputatları, Qazax və Ağstafa rayonlarının icra başçılarının müavinləri, tanınmış ictimaiyyət və elm-təhsil nümayəndələri iştirak edirdilər. Mən Yusif müəllimdən xahiş edəcəm ki, həmin tədbirimizdən çəkilən video görüntüdən müəyyən hissələri kəsib saytımızda yerləşdirsin. Orada hamımız təkrar olaraq həmin tədbirin necə möhtəşəm və səmimi atmosferdə keçdiyinin şahidi olacağıq, -deyə İ.Pirməmmədov vurğuladı.

?

Sonra ziyarətçilər Vidadi Babanlı ilə maraqlı söhbətlər etmiş, ona çoxlu suallar vermiş, maraqlı polemikalar aparmışdırlar. Təhsil eksperti Etibar Əliyev Vidadi Babanlının nədən rus yazıçısı Valentin Qriqoryeviç Rasputinin əsərlərinin dilimizə tərcümə etdiyini soruşdu. V.Babanlı bildirdi ki, bu yazıçının həm əsərləri güclü ictimai təsirə malik idi, həm də Rasputinin yazı stili mənə çox yaxın idi, – deyə cavab verdi. Həmçinin V.Babanlının ifasında öz şeirlərini dinləyiblər. Bundan başqa professor Valeh Nəsibli şairin şeirlərini bədii qiraətlə, Aşıq Şaiq İncəli isə saz ifasında oxumuşdur.

Görüşün təşkilinə görə, onu daim diqqətdə saxlayıb onu ziyarət etdiklərinə görə Vidadi Babanlı “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov başda olmaqla hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirdi.

Sonda ustad yazıçı ilə xatirə şəkilləri çəkildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here