Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmovun 60 yaşını təbrik edirik

0
220

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Sədi oğlu Rüstəmovun 60 yaşı tamam olmuşdur.

Arif Rüstəmov ömrünün böyük hissəsini elmə, təhsilə həsr etmiş alim kimi daim Azərbaycan Respublikasında təhsilin inkişafına xidmət etmişdir. Onun tədqiqat işləri dünyanın bir çox tanınmış elmi nəşrlərində çap olunmuşdur. Həmçinin Arif müəllim “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak edir.

“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, Vidadi Bayramov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından dəyərli tədqiqatçı, alim Arif Rüstəmovu anadan olmasının 60 illik yubiley münasibətilə ürrəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

ADPU-nun Quba Filialının Elmi Şurasının iclası keçirilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və İctimai Birliyin bütün üzvləri dəyərli tədqiqatçı, alim Arif Rüstəmovu anadan olmasının 60 illik yubiley münasibətilə ürrəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Arif müəllim, biz sizinlə fəxr edirik.

P.S. Arif Sədi oğlu Rüstəmov 1959-cu il sentyabrın 5-də Qazax rayonunun Yuxarı Salahlı kəndində, qulluqçu ailəsində anadan olub. 1985-ci ilin iyun ayından BDU-nun indiki Politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

2008-2013-cü illərdə universitetin Sosial elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.

2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosentidir.

O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir.

Ailəlidir, iki övladı var. Oğlu Riyad Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun köməkçisi və Yeni Azərbaycan Partiyasinın ərazi  Pedaqoqlar şurasının sədr müavinidir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here