Akademik Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif olunub

0
1329

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Qulu oğlu Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Qazax mahalının ziyalıları adından akademik Nizami Cəfərovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilməsi və anadan olmasının 60 illik yubiley münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, Azərbaycan elminin inkişafı yolundakı fəaliyyətində uğurlar arzulayır, ölkə Prezidenti cənab İlham Əliyevə isə bu təltif münasibətilə minnətdarlığını bildirir.

Nizami müəllim, biz sizinlə fəxr edirik!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here