Professor Əhməd Vəliyevi 75 illik yubileyi münasibətilə təbrik edirik

0
2614

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, “Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, “Şöhrət” ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, yeni təhsil texnologiyalarının tətbiqindəki nəaliyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülmüş, professor Əhməd Vəliyevin doğum günüdür.

Onun 75 yaşı tamam olur.

Əhməd Vəliyev Azərbaycan Respublikasında təhsilin inkışafında xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan alimdir. Onun yaratmış olduğu “Odlar Yurdu” Universiteti hər zaman öz imicini qoruyan, hər il səviyyəsini artıran özəl ali məktəb olaraq yüksək reytinq qazanmışdır.

Həmçinin Əhməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır. Ölkəsinə, dövlətinə, prezidentinə sadiq əsl vətənpərvər insandır!

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim VəliyevAzərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor Əhməd Vəliyevi doğum günü, 75 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, fəaliyyətində uğurlar arzulayırlar.

Əhməd müəllim, biz Sizinlə fəxr edirik.

P.S. Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpoud kəndində anadan olmuş, 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləmişdir. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaratmışdır. Əhməd Vəliyev: Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini və Dossent, Professor elmi adlarını almışdır. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülmüşdür. İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvani” adlı kitabın müəllifidir. Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunmuşdur. Bundan başqa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva haqqında “Adının sahibi” kitabının da müəllifidir. Əhməd Vəliyev 2005-ci ildə III (31 saylı Suraxanı ikinci seçki dairəsindən), 2010-cu ildə isə IV (107 saylı Qazax seçki dairəsindən) çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü olmuşdur. Eyni zamanda Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəri olmuşdur. Əhməd Vəliyev Odlar Yurdu Universitetinin qurucusu və 1997-ci ildən rektorudur.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here