“Cənnətdən məktublar” – Qazağın şəhid oğlu Orxan Əliyev haqqında

0
2127

Tərcümeyi-hal

Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995- ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə “Avtomobil nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı- ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş “Qarabağa doğru” sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.

2011-ci ildə Bakıda Texniki Kollecinə “Avtomobil nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. * Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Hərbi Fəridə Ləman 10 xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı- ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş “Qarabağa doğru” sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.

Ön söz

“SƏSİM SON TÜRKƏ ÇATSIN”

Oğul doğulanda göz aydınlığı verirlər: “Gözün aydın olsun. Oğlun olub. Vətənə layiq oğul olsun”. Bu xeyir-dualar zaman gəlir həqiqətə çevrilir. Oğullar vətənə layiq olur. Oğullar Vətəni qoruyur və lazım gələndə Vətən uğrunda candan keçirlər. Haqqında kitab yazılan şəhid Orxan Əliyev də xeyir-duaları həqiqətə çevirən – vətən uğrunda can verən oğullardandır.

İncə Dərəsi rəhmətlə anılan insanları, sədaqətli övladları, istiqlaliyyət uğrunda mücahidləri ilə tarixdə özünə xüsusi səhifə açan bir məkandır. İncə Dərəsinin övladları etibarlı, dostcanlı, yurdcanlıdır. İncə Dərəsinin övladları Vətən sevdalıdır. Vətən sevgisi ilə birgə haqqa yürüyən ulu bir məkandır İncə Dərəsi.

İncə Dərəsi ziyarətgahdır! Qiblədir! Duaların Tanrıya çatdığı bir məkandır. Müqəddəs insanlar uyuyur o torpaqda. Əsrlərdir müqəddəsliyi, ululuğu, halallığı ilə ziyarətgaha çevrilən məkandır İncə Dərəsi. Aslanbəyli kəndində uyuyan Hacı Mahmud Əfəndinin türbəsinə hansı diyarlardan ziyarətə gəlməzlər ki?! Haqqa doğru gedən yoldur İncə Dərəsi – Aslanbəyli kəndi.

Torpağı qiymətli edən Vətən uğrunda can verən oğullarıdır. Ziyarətgah kimi yaddaşlara hopan kəndin ziyarətgah yerləri Vətən uğrunda can verən oğulları sayəsində artır və bu məkan bir az da ululaşır, bir az da müqəddəsləşir. İndi “Göy Türbə”yə ziyarətə gedənlər şəhid məzarlarını da ziyarət edirlər. Müqəddəs şəhid məzarlarını! 2016-cı ildən bu müqəddəs məkanda bir şəhid məzarı da uyuyur. O məzar əsgər Orxan Məhəmməd oğlu Əliyevin məzarıdır.

Biz hamımız Aprel döyüşlərinin şahidləriyik. Tariximizə şanlı səhifə kimi yazılan Aprel döyüşləri bizim qürur mənbəyimizdir. O gün Füzulidə idik. Toplardan saçılan alovlar, səmada qartal kimi dövrə vurub düşmənin üstünə şığıyan vertalyotların uçuşu gözlərimizin önündə idi. Mərmi səsləri, barıt iyi hər yanı bürümüşdü. Körpələr bu səslərdən diksinir, analar əllərini Ulu Tanrının dərgahına açıb “bu vətən uğrunda sinəsini sipər edən oğulları özün qoru, İlahi”, -deyə dualar edirdilər.  O şanlı gündə qədim Qazax mahalı üç igid oğlunu Vətənə qurban verdi – Kapitan Mühid Orucov, Baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyev. Bu oğulların hər biri bizim baş ucalığımızdır. 2016-cı ildə hər üç şəhid haqqında ilk olaraq “Öyrədərək Öyrənirik Gənclərin İntelektual İnkişafına Dəstək” İB-nin təşkilatçılığı ilə “Qarabağa doğru” sənədli filmi ekranlaşdırıldı. Daha sonra isə Fəridə Ləman hər üç qəhrəmanın şərəfli ömür yolundan  bəhs edən kitablar yazdı. Hər üç igidin qəhrəmanlığını sözün yaddaşına, kitabın sinəsinə köçürdü.

Fəridə Ləman şəhid Orxan Əliyevin nakam taleyindən, arzularından, şəhidliyindən yazdı. Fəridə xanım bu kitabı yazdı ki, müqəddəs söz bir az da ululaşsın, bir az da müqəddəsləşsin. “Cənnətdən məktublar” kitabı nakam bir ömrün şərəfli anlarını özüdə ehtiva edir. Şəhidlərin ölməzliyi, diriliyi, duruluğu, müqəddəsliyi kitabın adı ilə üst-üstə düşür. Bəli onlar cənnətdədir və hər gün bizə cənnətdən məktub göndərirlər: “Əziz xalqım, Azərbaycan daha güclü olacaq və gün gələcək ki, itirilmiş hər qarış torpağımız, ərazi bütövlüyümüz bərpa olunacaq. Uğrunda can verdiyimiz torpağın qoynunda uyuyuruq. Ona görə də bizdən nigaran qalmayın. Biz cənnətdəyik”. Onların cənnətdən yazılan məktublarını bütün Türk dünyası oxuyur (eşidir). Cənnətə gedən yolunuz, cənnətdən yazılan məktublarınız, cənnətdən gələn səsiniz-ününüz mübarək olsun, Şəhidlər!

Yazımı Əməkdar incəsənət xadimi, AYB-nin Qazax zona filialının sədri şair Barat Vüsalın bir bənd şeiri ilə bitirirəm:

Min ildi yol gedirəm,

Məramımı güdürəm,

Çingiz Xan əsgəriyəm,

Səsim son Türkə çatsın!

Müqəddəs şəhid ruhlarına böyük hörmətlə: Səbinə YUSİF, tədqiqatçı-yazıçı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here