Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür

0
64

Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan regionda və dünyada lider dövlətə çevrilmişdir. Ölkəmiz bir-birinin ardınca sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. İlham Əliyev müqayisəsiz parlaq simadır, dünya səviyyəli liderdir. Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisiyəgəlməzdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.

Bu gün Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qoşa qanad kimi Azərbaycanı zirvələrə ucaldırlar. Azərbaycan mədəniyyətini, Azərbaycan iqtisatiyyatını, Azərbaycan siyasətini daxildə və xaricdə böyük ləyaqət və məhəbbətlə təbliğ edərək xalqımızın qədim keçmişindən bu gününə kimi keçdiyi həyat yolunu dünyaya örnək göstərirlər.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Arif Məmmədov, Vidadi Bayramov, professor Əhməd Vəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Əməkdar mühəndis Qasım Abdullayev, Fuad Hacıyev, Məmməd Musayev, Firdovsi Umudov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Yusif Alıyev İctimai Birliyin üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü, 58 yaşı münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər. Dövlətimizin müstəqilliyinin əbədiliyi, ölkəmizin uğurlu gələcəyi naminə qədribilən Azərbaycan xalqına sülh, əminamanlıq və firavanlıq arzulayırlar.

Əminliklə bildiririk ki, Qazax mahalının bütün ictimai-siyasi xadimləri, ziyalıları, sənətkarları, zəhmətkeş insanları hər addımınızda sizinlə birgə olaraq, Sizin uğurlu siyasətiniz ətrafında yumruq kimi birləşmişik.

Biz Sizinlə fəxr edirik, cənab Prezident!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here