Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevin 65 yaşı tamam olub

0
1116

Yanvarın 27-də “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, iqtisadiyyat üzrə elmlər doktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurası sədrinin müavini, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayevin doğum günüdür. Məmməd Musayev Azərbaycan Respublikasında bank srktorunun inkişafında, ölkədə gedən iqtisadi islahatların icra edilməsinda böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan tanınmış mütəxəssisdir. M.Musayev Beynəlxalq sahibkarlığın inkişafında fəal iştirakına və bu sahədə verdiyi böyük töhfələrə görə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin Şura sədrinin (sədr Vasile Petru Tarle) müavini seçilib.

Həmçinin Məmməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq əsl vətənpərvər insandır!

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov, professor Rüstəm Kamal, Vidadi Bayramov, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Əməkdar mühəndis Qasım Abdullayev, Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Raliz Qaravəliyev, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Məmməd Musayevi doğum günü, 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Məmməd Musayev Azərbaycan iqtisadiyyatı qarşısındakı əvəzsiz xidmətlərinə görə “Səməd Vurğun adına Diplom”la təltif olunmuşdur.

Məmməd müəllim, biz sizinlə fəxr edirik.

P.S. Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır.M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında “kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri” və qaydaları hazırlanmış, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir.Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Ziraat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılmışdır.Hazırda onun rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. M.Q.Musayev “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.Işlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür. M.Q.Musayev 1987-ci ildə “Dövlət Bankı əlaçısı” fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. Hazırda iqtisad elmləri doktorudur. O, Respublikanın elmi və dövrü mətbuatında mütəmadi olaraq çıxış edir. Ailəlidir, üç övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here