Livanda ermənilər türk tarixçinin çıxışına imkan verməyiblər

0
1840

Livanda bir qrup erməni gənci Müqəddəs Kaslik Ruhu Universitetində türkiyəli tarixçi İlber Ortaylının mühazirə oxumasına mane olublar. “Yeniavaz.com”un nevs.am-a istinadən verdiyi məlumata görə, Daşnakstunun “Zavaryan” tələbə gənclər ittifaqının üzvləri Ortaylının mühazirə oxumasına etiraz əlaməti olaraq oturmuş halda aksiya keçiriblər. “24 aprel”, “Hrant Dink”, “Şərqi Türkiyə-Qərbi Ermənstandır” köynəkləri geyinən erməni gəncləri Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Nəticədə türkiyəli tarixçi mühazirəsini yarımçıq saxlamağa məcbur olub. Qeyd edək ki, qondarma erməni soyqırımını inkar edən Ortaylı dəfələrlə ermənilərin təhdidlərinə məruz qalıb. Xatırladaq ki, müasir Türkiyə barədə mühazirə oxumaq üçün İlber Ortaylı Beyrutdakı Yunus Emre qurumu və Müqəddəs Kaslik Ruhu Universiteti tərəfindən Livana dəvət edilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here