Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əməkdə fərqlənməyə görə”, “Rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuş, Qazax rayon kino birliyinin direktoru, “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü Ələddin Məhəmməd oğlu Həsənli (Ələddin İncəli) dünən gecə vəfat edib.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri şair, publisist, jurnalist Ələddin İncəlinin vəfatı ilə əlaqədar Qazax mahalının dəyərli insanlarına və şairin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, mərhum Ələddin İncəli ilə vida mərasimi bu gün (9 noyabr 2017) doğulub boya-başa çatdığı Kəmərli kəndində olmuş və şair Kəmərli kənd qəbiristanlığında əzizərinin yanında dəfn olunub.

Şairin vida və dəfn mərasimində iştirak etmək üçün “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin bir qrup üzvü Bakıdan Qazağa göndərilmişdir.

Şairin dəfnində yaxından iştirak edib köməklik göstərdiyinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvləri adından təşəkkür edirik.

Allah rəhmət etsin!!!

P.S.

Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir.
 
Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , “Kommuna yolu” qəzetində ədəbi işçi, “Göyəzən” qəzetində ədəbi işçi və məsul katib, Ağstafada “Qalibiyyət bayrağı” qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır.
 
Redaksiyada işlədiyi illərdə “Əməkdə fərqlənməyə görə”, “Rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. 
 
Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində “Ceyran”(1970), “Gəl Kür qırağına”(1980) kitabları, “Gedin deyin Xançobana”, “Əfsanə”, “Nifaq alması” pyesləri, Müstəqillik illərində isə “Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), “Ömür istə”, “Ömrün illəri”, “Babam buyurdu”, “Mərdi- mərdanə”, “Yetişdim 80-nə, Vətən”, “söz incilərim”, “Qarabağnamə”, “O illər hanı”, “Salam, İstanbul”, “Yeddi güllə (nəşr), “Pyeslər”, “Könül rübabım”(2014), “İllər, sizinəm”(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
 
Ələddin İncəli 1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Image result for ələddin incəli

Image result for ələddin incəli

Image result for ələddin incəli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here