15 noyabr 2017-ci ildə Ağstafa şəhər “Yazıçılar Evi”ndə Salatın Əhmədli və Rövşən Babanlının müəllifi olduğu “Qazax Mahalının alimləri” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq “Qazax Mahalının Alimləri” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. L.Eyyubova kitabın əhəmiyyətindən danışaraq bu cür əyani vəsaitlərin gələcək nəsillər üçün böyük bir tövhə olduğunu bildirdi. Sonra rayon Ağsaqqalar Şurasının sədri Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri Barat Vüsal, professor Məhəbbət Dəmirçiyeva, professor Rüstəm Kamal, fəlsəfə doktoru Natavan Dəmirçioğlu rayon ziyalısı Qalib Cəfərov və digərləri çıxış edərək alimlərimizdən bəhs edən bu kitabdan və ümumilikdə ölkəmizdə biliyə, elmin inkişafına, alimlərə göstərilən yüksək dövlət qayğısından bəhs etdilər. Öz növbəsində kitabın müəllifi Salatın xanım Əhmədova da çıxış edərək hər kəsə təşükkür etdi.