Qazaxda “Qazax mahalının alimləri” kitabının təqdimatı olub

0
3511

Bakı Dövlət Universitetinin Qazax filialında  Salatın Əhmədli və Rövşən Babanlının ərsəyə gətirdiyi “Qazax mahalının alimləri” kitabının təqdimatı keçirilib. Tədbirdə Qazax Xeyriyyə İctimai Birliyinin üzvləri, Bakıda yaşayan qazaxlı ziyalılar, şairlər iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak etmək üçün BDU-nun Qazax filialına gəlib.

BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub

Filialın direktoru, professor Vüsət Əfəndiyev təqdimat mərasimini giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın ziyalılar rayonu olduğunu qeyd edərək belə bir kitaba böyük ehtiyac olduğunu bildirib. “Qazax mahalının alimləri” kitabının nəşr olunması münasibətilə müəllifləri və bütün ziyalıları təbrik edib. Qazaxlı elm adamları, ziyalıları haqqında bundan sonra da belə dəyərli kitabların yazılacağına əmin olduğunu bildirib.

BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal kitabın mühüm əhəmiyyət daşıdığından söz açıb.

Kitabın müəllifləri – Salatın Əhmədli və Rövşən Babanlı çıxış edərək “Qazax mahalının alimləri” kitabının necə ərsəyə gəlməsindən söz açıblar. Qeyd ediblər ki, bu kitab zamanın tələbatından doğan və yaranan bir ensiklopedik məlumat mənbəyidir. Gələcək nəsillər onun əsasında Qazaxda anadan olmuş elm adamları haqqında bilgi əldə edə biləcəklər.

BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub

Sonra professor Məhəbbət Dəmirçiyev, Rüstəm Kamal, Hüseyn Xəlilov, Natəvan Dəmirçioğlu, Rafael İncəyurd, Zaməddin Ziyadoğlu çıxış edərək kitab haqqında öz fikir və arzularını bildiriblər.

BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub

BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub
BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub

 

BDU-nun Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimatı olub
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov ensiklopedik məlumat almaq üçün kitabın mühüm əhəmiyyət kəsb etməsindən danışıb.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında Qazaxda elmə, təhsilə böyük diqqət və qayğı göstərildiyindən söz açaraq yeni kitabın məhz bu zəmində ərsəyə gəldiyini qeyd edib. Bildirib ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bütün sahələrlə yanaşı elm sahəsinə qayğı ilə yanaşması rayonda bu sahənin də inkişaf etməsinə böyük bir təkan verib. Buna görə bütün çıxış edənlər kimi rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək “Qazax mahalının alimləri” kitabının çapdan çıxmasına görə müəlliflərə öz minnətdarlığını bildirərək bu münasibətlə bütün ziyalıları təbrik edib.

Qeyd edək ki, “Qazax mahalının alimləri” 512 səhifədən ibarət ensiklopedik məlumat kitabıdır. Kitabda Qazaxda anadan olmuş 711 elm adamı haqqında məlumatlar yer almışdır. Ön sözün müəllifi akademik Teymur Bünyadovdur.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqlarla birlikdə filialın yeni yaradılmış kimya və fizika laboratoriyalarına baxıb. Burada tələbələrə dərs keçmək üçün təşkil olunmuş yüksək səviyyəli şəraitdən razı qaldığını bildirib.

Mətndə göyezen.az saytının materialından istifadə edilmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here