Filologiya elmləri doktoru Məti Osmanoğlunu 60 yaşı tamam olması münasibətilə təbrik edirik

0
2086

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi, filologiya elmləri doktoru Məti Bayramlının (Osmanoğlunun) 60 yaşı tamam olur.

Həmçinin Məti müəllim təəssübkeş, ləyaqətli, el-obasına bağlı bir qazaxlı kimi “Qazax Xeyriyyə” İctimai Birliyi yarandığı gündən həmişə onun fəaliyyətində yaxından iştirak etmişdir.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyəti və üzvləri, Qazax mahalının ziyalıları adından filologiya elmləri doktoru, dosent Məti Osmanoğlunu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

 Картинки по запросу məti osman oğlu bayramovP.S. Məti Osmanoğlu 5 yanvar 1958-ci ildə Qazax rayonunun Sadıqlı kəndində anadan olmuşdur. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. Universiteti bitirdikdən sonra elmi fəaliyyətlə məşğul olan Məti müəllim ədəbiyyatşünaslıqda öz dəst-xəttini ortaya qoymuş elm adamlarından biridir. O, ədəbi tənqiddə, jurnalistikada, publisistikada müasirləri arasında etiraf olunan, istinad olunan istedadlı mütəxəssisdir. AzTV-də, qəzet və jurnal redaksiyalarında çalışmış filologiya elmləri doktoru Məti Osmanoğlu bu gün qocaman ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin filologiya fakültəsində dərs deyir. Onun yetirmələri Respublikamızın dörd bir yanında uğurla işləyirlər. Məti Bayramlı “Məti Osmanoğlu” imzası ilə hər bir ədəbi hadisəyə, mədəniyyət olaylarına zamanında və obyektiv qiymətlər verərək hadisələri kəskin qələmindən çıxan əsərlərlə tarixləşdirir.