Professor, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının doğum günüdür

0
958

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının doğum günüdür. Məhəmməd Babanlı Azərbaycan Respublikasında elmin, təhsilin inkışafında böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan dəyərli alimdir. 700 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifi olan M.Babanlı 30 elmlər namizədinin rəhbəri və 1 elmlər doktorunun isə elmi məsləhətçisi olmuşdur. AMEA-nın müxbir üzvü, Məhəmməd Babanlı 2017-ci ildə kimya elmi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim” məqsədli qrant müsabiqəsi çərçivəsində “İlin alimi” seçilmişdir.

Həmçinin Məhəmməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır. El-obasına, ölkəsinə və dövlətinə sadiq əsl vətənpərvər insandır!

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından professor, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlını doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

Картинки по запросу məhəmməd babanlı ilin

P.S.

Məhəmməd Babanlı 22 yanvar 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.

 

1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkeçiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin Itisaslaşdırılmış Şurasında müdafiə etmişdir.

1986-ci ildə dosent elmi adı almışdır.

1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1990-cı ildə professor elmi adı almışdır.

1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır.

1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir.

1993-2000-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədr müavini, 1997-2000-ci illərdə həmin Şuranın sədri olmuşdur.

700 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 30 elmlər namizədi yetişdirmiş, 1 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur.

 

ABŞ-ın Amerika Biblioqrafiya Institutu tərəfindən 2000-ci ilin Adamı adına layiq görülmüşdür.

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə, BDU-nun Fəxri fərmanı ilə 2010-2011, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyəti tərəfindən diplomla təltif olunmuşdur.

Ailəlidir. 2 qızı, 1 oğlu, 8 nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here