AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlının doğum günüdür

0
2437

Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qazax mahalında sayılıb seçilən Babanlılar nəslinin layiqli nümayəndəsi Məhəmməd Babanlının doğum günüdür. Onun 70 yaşı tamam olur.

Məhəmməd Babanlı Azərbaycan Respublikasında elmin, təhsilin inkışafında böyük xidmətləri olan, ölkədə və dünyada böyük nüfuz sahibi olan dəyərli alimdir.

Məhəmməd Babanlı 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-2021-ci illərdə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İcraçı direktoru vəzifəsində işləmişdir, 2021-ci ilin avqust ayından isə həmin müəssisənin icraçı direktorudur. O, eyni zamanda 2015-ci ildə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək yaradılmış Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının elmi rəhbəridir.

M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termo­di­na­mikası və materialşünaslığı sahəsində tanınmış mütəxəssisdir. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin komp­leks tədqiqi üçün yeni rasional yanaşma təklif etmiş, onun nəzəri və metodoloji aspektlərini hazırlayaraq geniş şəkildə reallaşdırmışdır. Apardığı sistemli fundamental tədqiqatlar nəticəsində perspektivli yarımkeçirici, topoloji izolyator, termoelektrik, fotoelektrik, superion keçirici və digər funksional xassəli materiallar kimi praktiki əhəmiyyət kəsb edən yeni sinif birləşmələr və qeyri-ste­xiometrik fazalar aşkar etmiş, onların istiqamətli sintezinin elmi əsaslarını yaratmışdır.

M.Babanlı 1000-dən artıq elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın, ali məktəblər üçün 12 dərslik və dərs vəsaitinin, 550-dən artıq  məqalənin və 5 patentin müəllifidir. 300-dən artıq məqaləsi “Web of Science” və “Scopus” elmimetrik bazalarına daxil olan beynəlxalq elmi jurnallarda, o cümlədən yüksək impakt faktorlu “Nature”, “Nature Communications”, “ASC Nano”, “Nano Letters”, “Quantum materials”, “Physical Review Letters”, “Physical Review B”, “Scientific Review”, “Solid State Chemistry”, “Journal of Alloys and Compounds”, “Journal of Thermal Analysis and Calorimetry” və s. jurnallarda çap edilmişdir.

Professor Məhəmməd Babanlının elmi məlumat bazalarındakı göstəricilərinə (oktyabr, 2021) diqqət edək:

–   “Researchgate”:  RG Score – 40.82, h-indeks – 23, əsərlərinə istinadların sayı – 2948;

–   “Google Scholar”: h-indeks – 36, i10-indeks – 114, əsərlərinə istinadların sayı – 4900.

M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq və respublika qrantlarına layiq görülmüşdür.

Alim elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 36 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Yetişdirdiyi elmi kadrlar ara­sında Suriya, Vyetnam, Cənubi Koreya, İran və Əfqanıstan vətəndaşları da vardır.

Kimyaçı alim respublikamızın elmi-ictimai həyatında da fəal iştirak edir. Müxtəlif illərdə Azərbay­can Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının Kimya üzrə Ekspert şurasının üzvü, sədr müa­vini və sədri, BDU-nun Elmi şurasının, bir sıra Dissertasiya şuralarının üzvü olmuşdur. Hazırda o, “Azərbaycan Kimya Jurnal”ının, həmçinin “Web of Science” və “Scopus” bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry”, “Turkish Journal of Chemistry”, “Condensed  Matter  and  Interphases”, “Physics and Chemistry of Solid State”, “New Materials, Compounds and Applications” və “Chemical Problems” jurnallarının redak­siya heyətlərinin üzvüdür.

Bundan əlavə, Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə, REA-nın Rəyasət Heyəti tərəfindən mükafat və diplomla təltif edilmişdir. 2016-cı ildə “Thomson Reuters” şirkəti tərəfindən ən çox istinad olunan görkəmli elmi məqaləyə görə, xüsusi mükafata layiq görülmüşdür.

2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. “Russ.J.Inorg.Chem” jurnalında 2019 və 2020-ci illərdə ən çox istinad olunan məqalələr müsabiqələrinin qalibi kimi diplomlarla təltif edilmişdir.

Həmçinin Məhəmməd müəllim bir qazaxlı kimi hər zaman el-obasının təəssübünü çəkən, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ziyalıdır. El-obasına, ölkəsinə və dövlətinə sadiq əsl vətənpərvər insandır!

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından AMEA-nın müxbir üzvü professor Məhəmməd Babanlını doğum günü – 70 illik yubileyi münasibətilə münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü professor Məhəmməd Babanlı Azərbaycan elmi qarşısındakı misilsiz xidmətlərinə və anadan olmasının 70 illik yubileyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Xalq şairi Səməd Vurğun adına Diplom”la təltif olunmuşdur.

 

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə yaxın vaxtlarda pandemiya qaydaları çərçivəsində professor Məhəmməd Babanlının anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Картинки по запросу məhəmməd babanlı ilin

P.S.

Məhəmməd Babanlı 22 yanvar 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Qazax rayonunda medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.

 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkeçiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin İtisaslaşdırılmış Şurasında müdafiə etmişdir.

1986-ci ildə dosent elmi adı almışdır. 1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adı almışdır.1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir. 1993-2000-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədr müavini, 1997-2000-ci illərdə həmin Şuranın sədri olmuşdur.

1000-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 36 elmlər namizədi yetişdirmiş, 4 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. 

ABŞ-ın Amerika Biblioqrafiya Institutu tərəfindən 2000-ci ilin Adamı adına layiq görülmüşdür.

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə, BDU-nun Fəxri fərmanı ilə 2010-2011, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyəti tərəfindən diplomla təltif olunmuşdur.Ailəlidir. 2 qızı, 1 oğlu, 8 nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here