Puşkin Əhmədovu doğum günü münasibətilə təbrik edirik

0
2771

15 iyun tarixi ölkəmizdə həm Ramazan bayramı, həm də Qurtuluş günü kimi qeyd olunur. Bundan əlavə bu tarix “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Puşkin Kəmaləddin oğlu Əhmədovun doğum günüdür.

Puşkin Əhmədov tikinti-inşaat sahəsində tanınış mütəxəssis, eyni zamanda, uzun illər böyük tikinti şirkətinə rəhbərlik edən tanınmış iş adamıdır. Həmçinin Puşkin Əhmədov “Qazax Xeyriyyə” İctimai Birliyi yarandığı gündən onun fəaliyyətində həmişə yaxından iştirak edərək, Cəmiyyətin ən aktiv üzvlərindən biri kimi də tanınmışdır.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından Birliyin İdarə Heyətinin sədr müavini Puşkin Əhmədovu təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

P.S. Əhmədov Puşkin Kəmaləddin oğlu 1956-cı ildə Ağstafa rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə Ağstafa rayon 24 saylı dəmir yolu məktəbinə getmiş və 1973-cü ildə həmin orta məktəbi bitirmişdir. 1973-cü ildə əmək fəaliyyətinə Ağstafa sovxoz fəhlə kooperativində şagird, satıcı peşələrində və mühasib vəzifəsində çalışıb. 1974-cü ildə 81 saylı texniki peşə məktəbini bitirəndən sonra, Ağamalı oğlu adına üzümçülük savxozunda çalışıb.

1975-1977-ci illərdə sovet ordusu sıralarında qullaq edib. Əsgəri xidmətini başa vurduqdan sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin SSRİ Nazilər Sovetinin I müavini işlədiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Rusiyanın Tümen vilayətində əhalinin yaşayışının yaxşılaşdırılması məqsədi ilə tikinti idarəsi yaradıldı. Yaradılan Bakı Şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi  “BAKIBAŞTİKİNTİ”, ixtisaslaşdırılmış tikinti-quraşdırma idarəsi “AZƏRBAYCANTÜMENTİKİNTİ” İdarəsinin tərkibində işləmək üçün özü və ailəsi ( həyat yoldaşı, qızı və oğlu) Azərbaycandan 4000 km uzaqda soyuq, şaxtalı Koqalım şəhərinə köçdülər. Orada 5 və 7 bloklu, 9 mərtəbəli çox sayda yaşayış binalarının tikintisində  baş iş icraçısı kimi çalışmış və tikintinin uğurla başa çatdırılmasında böyük rolu olmuşdur. Həmin idarədə həmkarların sədri və partiya sədrinin müavini  vəzifələrində işləyib. Həyat yoldaşı isə həmin idarədə 16 oktyabr 1987-ci ildən 31 yanvar 1990-cı ilədək tikinti idarəsinin işçilərinin yaşaması üçün salınmış yaşayış massivində tərbiyyəçi kimi çalışmışdır.  

 1990-cı ildə yüz minlərlə soydaşımızın erməni təcavüzündən yaxa qurtarıb Bakıya pənah gətirməsi, 20 Yanvar hadisələrinə görə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə həmin tikinti idarəsi  geri çağırılmışdır.

Bakıya qayıtdıqdan sonra P. Əhmədov “Bakı Baş Tikinti İdarəsi” sistemində şöbə müdürü vəzifəsində çalışmışdır.

1993-cü ildə Qazax Xeyriyyə Cəmiyyətinin xətti ilə Milli orduya və məcburi köçkünlərə maddi yardım, texnika üçün ehtiyyat hissələri və s. kimi yardımlar eləmişdir

2005-2008-ci illərdə Azərbaycan Təhsil İşçiləri və Tələbələri xeyriyyə fondunun sədr müavini işləmişdir. İşlədiyi dövrdə maarifçiliyin inkişafında, Azərbaycanda fasiləsiz təhsil sisteminin  həyata keçirilməsində  daima çalışmışdır. Bu fondun bəzi rayonlarda məskunlaşmış qaçqın uşaqlarına köməklik göstərmiş və onlarla tələbələrin illik təhsil haqqı ödənilmişdir.

2001-ci ildə “Səma-3” Mənzil Tikinti kooperativi təsis etmişdir. Bakı və Gəncə şəhərlərində yüksək mərtəbəli binalar tikmişdir.

O öz işlərini Azərbaycanın hüdudlarından kənarda da qurmuşdur. Belə ki,  Özbəkistan Respublikasının Daşkənt şəhərində tikdiyi yaşayış evi yerli sakinlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Bundan əlavə “İron İnşaat” MMC-ni təsis etmiş hal – hazırda MMC-nin direktorudur və Bakı şəhərində yüksək mərtəbəli yaşayış binaları tikir.   

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və YAP Binəqədi Rayon Təşkilatının  şura üzvüdür. Əsilzadələr məclisinin üzvüdür. (756 №–li Şəhadətnaməyə əsasən)

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədr müavinidir.

 Ailəlidir, iki övladı, altı nəvəsi var.

Oğlu, Əhmədov Anar Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. İkinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakultəsində alıb. Hal-hazırda hüquq-mühafizə orqanında çalışır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here