12 iyul 2018-ci ildə “Xarı bülbül” sarayında “Qazax Xeyriyyə” İctimai Birliyinin 2018-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş tədbir keçirilmişdir.
(Diqqət! Oxuculardan xahiş edirik ki, mətndəki şəkillərə böyük formada baxmaq üçün kursoru istənilən şəkilin üzərinə gətirib tıkladın. Baxdıqdan sonra yuxarı sağ küncdəki “x” düyməsini sıxıb çıxa bilərsiz).
Tədbiri giriş sözü ilə açan “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov bildirdi ki, son altı ay ərzində ölkəmizin siyasi, iqtisadi və sosial həyatında əldə edilən nailiyyətlər “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində də nəzərə çarpacaq dərəcədə hiss olunmuşdur.
İctimai Birliyin bir çox üzvləri ölkə prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncamlarla fəxri adlara layiq görülmüş, orden və medallarla təltif edilmişlər. Çoxlu uğurlarımızın, dövlət təltiflərinin, yubiley tədbitləri və ad günlərinin olduğunu nəzərə alaraq İdarə Heyətinin iclasında İctimai Birliyin yarımillik fəaliyyətinə həsr olunmuş toplantının geniş formada keçirilməsini qərara aldıq.
Hörmətli tədbir iştirakçıları! Dəyərli qonaqlar!
2018-ci ilin birinci yarısı ölkəmiz üçün əlamətdar hadisələrlə yaddaqalan bir dövr olmuşdur. Hamımıza məlumdur ki, 11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçirilmişdir. Seçkilərin təbliğat-təşfiqat dövründə biz də İctimai birliklərin icazə verilən formatında seçkilərlə bağlı tədbirlərimizi keçirdik və “Qazax Xeyriyyə” İctimai Birliyi olaraq prezidentliyə namizəd İlham Əliyev cənablarına dəstək olduğumuzu bildirdik. Böyük fəallıqla keçən bu seçkilərdə ölkə prezidenti cənab İlham Əliyev seçicilərin 86,02 % səsini qazanaraq növbəti 7 il müddətinə ölkə prezidenti seçilmişdir.
Biz də “Qazax Xeyriyyə” İctimai Birliyi olaraq, böyük qələbə münasibətilə xalqımızı və prezidentimizi ürəkdən təbrik etdik. Bu haqda geniş təbrik mətnini İctimai Birliyin rəsmi internet səhifəsi olan www.qazaxib.az saytında yerləşdirdik.
Diqqətinizə çatdırıram ki, bu il Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkənin hər yerində olduğu kimi, Qazax mahalında da böyük təntənə ilə qeyd edildi.
Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Buna müvafiq olaraq ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı böyük tədbirlər keçirildi.
Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanda çaxnaşma, qarşıdurma yaratmaq istəyən və xaricdən idarə edilən qüvvələr heç vaxt arzularına çata bilməyəcəklər. Çünki, onların qarşısında xalq və hakimiyyət birliyi kimi monolit bir sədd dayanmışdır. Xalqımız öz Prezidentini böyük sevgi ilə dəstəkləyir. Məlumdur ki, Azərbaycanda olan yüksək iqtisadi inkişafı və ictimai siyasi sabitliyi gözü götürməyən qüvvələr digər ölkələrdə baş verən terror hadisələrini ölkəmizə gətirmək istəyirlər. Amma son günlər Mingəçevir İES-də baş vermiş qəza nəticəsində ölkəmizin ərazisində elektrik enerjisi verilişində yaşanan gərginlik və Gəncə şəhərində baş verən terror aktı hadisələri onu göstərdi ki, xalqımız ölkə prezidentinin ətrafında sıx birləşərək təxribatlara uymayır. Din pərdəsi altında xaricindən idarə olunan təxribatçıların Gəncədə törətdikləri terror hadisələri xalqımız tərəfindən lənətlənmişdir. “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri də belə həssas məsələlərdə dövlətçiliyimiz əleyhinə olan qüvvələrə qarşı açıq-aydın öz sərt mövqeyini bildirmişdir.
Tədbirdə iştirak edən insanlara baxaraq ürəyimdən keçən bir hissi Sizinlə bölüşmək istəyirəm: Nə yaxşı ki, Sizlər kimi qeyrətli, vətənpərvər, şərəfli insanlarla bir yerdəyik.
Məlumdur ki, SSRİ dağıldıqdan sonra hər bir ölkədə olduğu kimi Azərbaycanda da özbaşınalıq, tənəzzül baş verdi. Həmin dönəmdə sərhəd bölgəsi olan Qazax və Ağstafa rayonlarına da erməni silahlı birləşmələrinin basqını başladı və sərhəddə qanlı hadisələr baş verdi. O vaxt indi bu tədbirdə iştirak edənlərin əksəriyyəti Qazax Xeyriyyə Cəmiyyətinin yaradılmasında iştirak etdi. Vəzifəsindən, statusundan asılı olmayaraq, hər kəs düşmənlə üz-üzə dayanmış Qazax mahalının dədə-baba torpaqlarını və orada yaşayan insanları düşünürdü. Könüllü toplanan ianələr hesabına böyük miqdarda vəsait yığılaraq o zaman Azərbaycanı tərk etməyə hazırlaşan rus ordusundan çoxlu sayda hərbi texnika və silah-sursat alınaraq Qazax mahalının sərhəd kəndlərində ermənilərə qarşı vuruşan könüllülərdən ibarət yaradılmış birləşmələrə göndərilmişdir. Bunun sayəsində Qazax və Ağstafanın işğal edilməsinin qarşısı alınmış və Qazaxdan bir nəfər də olsun başqa rayona gedən məcburi köçkünümüz olmamışdır. Yenə qeyd edirəm, bu gün burada bizimlə bir yerdə həmin vaxtlarda baş verən hadisələrin canlı şahidi olmuş insanlar iştirak edir. Mən ad çəkmədən Cəmiyyətin fəaliyyətində zərrə qədər də olsa əməyi olan hər kəsə “Qazax Xeyriyyə” İctimai Birliyi adından təşəkkürümü bildirirəm.
Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün “Qazax Xeyriyyə” İctimai Birliyi Qazax mahalının simvollarından birinə çevrilmışdir. Qazax və Ağstafa camaatı bizim gördüyümüz tədbirlər haqqında yaxından maraqlanır, xoş sözlərini, irad və tövsiyələrini bildirir, İctimai Birliyin mətbu orqanı olan “Dəli Kür” qəzetinin növbəti sayının çap olunmasını səbrsizliklə gözləyirlər. Son bir ildə “Dəli Kür” qəzetinin tirajı artırılaraq 700 nüsxəyə çatdırılmışdır. Onlardan Qazax və Ağstafa rayonlarının hər birinə 250 nüsxə göndərilir və orada pulsuz olaraq əhali arasında yayılır. Eyni zamanda, qəzetin hər bir nömrəsi İctimai Birliyin internet səhifəsində yerləşdirilir.
Hesab edirəm ki, “Qazax Xeyriyyə” İctimai Birliyinin rəsmi qeydiyyatdan keçmiş üzvləri ilə bərabər, bütün Qazax mahalının camaatı da bizim Birliyin eynihüquqlu üzvləridir. Həmçinin İctimai Birliyin başqa rayonlardan olan çoxlu sayda üzvləri də vardır. Məsələn, bu gün tədbirimizdə bizimlə birgə iştirak edən Tariyel Qarayev Ağdam rayonunu, Fərhad Eyyubov Qəbələ rayonunu, Eldar Əliyev və Afiq Əliyev isə Şuşa rayonunu təmsil edirlər.
Tədbirimizdə iştirak edən akademik Teymur Bünyadovu, akademik Nizami Cəfərovu, akademik Şahin Mustafayevi, AMEA-nın müxbir üzvü Bilal Bilalovu, Qazax mahalının tarixinin dərin bilicisi, tədqiqatçı-araşdırmaçı Şəmistan Nəzirlini, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevi, professor Məhəbbət Dəmirçiyevanı, Səməd Vurğunun Ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovanı, Məlahət Qurbanovanı, Sultanxanım Nəsibovanı, Sevda Qocayevanı, Tapdıq Osmanovu, Yusif Rəhimovu, Ramiz Göyüşovu, Mədət Səttərovu, Qasım Abdullayevi, Rövşən Babanlını, Raliz Qaravəliyevi, Qazaxdan gəlmiş şair Barat Vüsalı, Ramiz pəhləvanı və digər hörmətli və dəyərli iş adamlarımızı, alimlərimizi, həkim və hərbçilərimizi, təhsil işçilərimizi salamlayaraq, hər birinizə xoş gəlmişsiniz deyirəm. Biz Sizinlə fəxr edirik!
Bizim arxamızca çox qabiliyyətli, istedadlı, xaricdə təhsil görmüş gənclərimiz, davamçılarımız gəlir. Bu gün toplantımızda o gənclərdən bir neçəsi iştirak edir. Xahiş edirəm Fuad Məmmədov, Fariz Cəbiyev və Xəyyam Məsiyev ayağa qalxsın ki, Siz də onları yaxından tanıyasınız. Bax bu gənclərin üçü də prezidentimiz cənab İlham Əlievin imzaladığı Azərbaycan gənclərinin xaricdə təhsil (2007-2015) Dövlət Proqramı” çərçivəsində tibb üzrə Türkiyənin ən nüfuzlu universitetlərdə təhsil alaraq yüksək dərəcəli uzman həkim kimi ölkəmizə qayıtmış və sağlamlığımızın keşiyində dururlar. Sağ olsunlar!
Bundan başqa, bizim hamımızın sevimlisi, istedadlı müğənni Sahib İbrahimovun oğlu Yusif İbrahimov da Dövlət Proqramı çərçivəsində London Universitetində təhsil alıb. O, universiteti informasiya texnologiyaları ixtisası üzrə yüksək qiymətlərlə bitirərək Azərbaycana dönüb. Hazırda öz ixtisası üzrə dövlət strukturunda yüksək vəzifə tutaraq çalışır. Sahib müəllim, sizə də təşəkkür edirik ki, belə ləyaqətli bir övlad tərbiyə edib, böyüdübsüz.
Bu gün tədbirimizdə müəyyən səbəblərdən iştirak edə bilməyən Xalq şairi Nəriman Həsənzadəni, Qazax Xeyriyyə Cəmiyyətinin keçmiş sədri Vidadi Bayramovu, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin tərkibində təşkilatın illik sessiyasında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlin şəhərinə gedən Qazax rayonundan Milli Məclisə seçilən deputatlarımız Kamran Nəbizadəni və Ülviyyə Ağayevanı, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevi, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, Əməkdar elm xadimi, professor Vüsət Əfəndiyevi, xidməti işi ilə əlaqədar tədbirimizə gələ bilməyən polkovnik Namiq İsmayılovu, təlim-məşq toplanışında olan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Firdovsi Umudovu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlını, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevi, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyevi, AMEA-nın müxbir üzvləri professor Məhəmməd Babanlı və professor Arif Məmmədovu, Xalq artistləri Tarıyel Qasımovu və Sabir Məmmədovu, 221 nömrəli tam orta məktəbin direktoru, Respublikanın Əməkdar elm xadimi Fikrət Xəlilovu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlını, eyni zamanda, üzürlü səbəblərdən iştirak edə bilməyən digər dostlarımızı ürəkdən salamlayır, onlara da işlərində uğurlar arzulayırıq.
Xüsusi olaraq Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşovun və Ağstafa rayon İcra Hakimiyyətinin başçısı hörmətli Məhərrəm Quliyevin də salamlarını Sizlərə yetirir, həmçinin bizlərin də salamını tədbirimizdə iştirak edən mahalımızdan gəlmiş nümayəndə heyətinin rəhbəri, hamımızın sevimlisi Barat Vüsaldan bugünkü tədbir iştirakçılarının salamlarını da onlara çatdırılmasını xahiş edirəm. Onu qeyd edim ki, hər bir işdə biz onlarla, onlar da bizimlədir.
Əziz tədbir iştirakçıları! İndi isə “Qazax Xeyriyyə” İctimai Birliyi tərəfindən ötən altı ayda görülən işlər haqqında bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm.
“Qazax Xeyriyyə” İctimai Birliyi 2018-ci ilin ilk tədbirini “Şöhrət” ordenli, Respublika Ağsaqqallar Şurasının sədr müavini, əməkdar elm xadimi, akademik Teymur Bünyadovun anadan olmasının 90 illik yubileyi münasibətilə və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunması ilə bağlı silsilə tədbirlərlə başladı.
– Öncə 7 fevral 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.
– Fevral ayının 17-də isə “Qazax Xeyriyyə” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Xarı bülbül” sarayında akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə AMEA və ali təhsil müəssisələrinin alimləri, Milli Məclisin deputatları, şairlər, incəsənət xadimləri və s. iştirak etdilər. Bizə sürpriz olaraq Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Ağsfata rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova və mahalımızdan gələn digər qonaqlar tədbirimizdə iştirak etdilər.
– Bundan başqa fevral ayının 23-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzi, “Qazax Xeyriyyə” İctimai Birliyinin, AMEA Folklor İnstitutunun, AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli tarixçi-etnoqraf alim, Əməkdar Elm xadimi, akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd edilib. Həmin tədbirdə bu gün burada iştirak edən üzvlərimizlə yanaşı, “Qazax Xeyriyyə” İctimai Birliyinin çoxsaylı nümayəndələri iştirak etdi. Hörmətli Teymur müəllim! Siz həqiqətən də Qazax Xeyriyyə Cəmiyyətinin qurucularından və fəaliyyətində böyük əməyi olan bir qazaxlı kimi daim bizim qəlbimizdə əbədi yaşayacaqsınız. Biz Sizinlə qürur duyduğumuzu bəyan edirik!
– Növbəti tədbirimiz Novruz Bayramı ərəfəsində dahi Səməd Vurğunun anadan olmasının 112-ci ildönümü münasibətilə Fəxri Xiyabanda Səməd Vurğunun məzarı önündə “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri və Səməd Vurğunun Ev Muzeyinin əməkdaşları ilə birgə böyük izdihamlı tədbir keçirdik. Həmçinin Fəxri Xiyabanda uyuyan unudulmaz xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, İsa Muğannanın və Yusif Səmədoğlunun, xalq şairi Vaqif Səmədoğlunun və digər eloğlularımızın da məzarlarını ziyarət edib, əklillər qoyduq.
Tədbir iştirakçılarının diqqətinə çatdırıram ki, Fəxri Xiyabanda əslən Qazax mahalından olan 13 nəfər dövlət və xalq qarşısında böyük xidmətləri olan şəxsiyyətlər dəfn edilmişdir. Xalq şairi Hüseyn Arif öz vəsiyyəti ilə Ağstafada dünyasını nakam dəyişmiş oğlu Arifin yanında, Xalq şairi Osman Sarıvəlli öz vəsiyyəti ilə Qazaxda həyat yoldaşı Səyalı xanımın yanında, Xalq şairi Mirvarid Dilbazi isə öz vəsiyyəti ilə Yasamal qəbiristanlığında uyuyan anasının yanında dəfn edilməsəydilər, onlar da Fəxri Xiyabanda dəfn olunacaqdılar. O zaman burada Qazax mahalından Fəxri Xiyabanda uyuyan layiqli insanlarımızın sayı 16 nəfər olacaqdı.
– Biz Fəxri Xiyabanda tədbir keçirən zaman eyni vaxtda “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə heyətinin üzvləri də Azərbaycan Yazıçılar Birliyi Qazax Filialının sədri şair Barat Vüsalla birgə Qazaxda Xalq şairi Səməd Vurğunun Yuxarı Salahlıdakı Poeziya evində keçirilən tədbirdə iştirak etmişlər.
– Bu il Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş, Qazaxda keçirilən tədbirdə iştirak etdik. İlk olaraq şairin 2-ci Şıxlı kəndindəki məzarını ziyarət edib məzarı üzərinə gül dəstələri qoyduq. Qazax rayon İcra Hakimiyyətinın başçısı hörmətli Rəcəb Babaşova xüsusi təşəkkürümü bildirirəm ki, Osman Sarıvəllinin qəbirüstü abidəsini tamamilə yeniləyərək, qəbirin ətrafını da abadlaşdırmışdır. Biz, həmçinin orada nakam şairimiz Eldar Nəsiblinin məzarını da ziyarət etdik. Daha sonra Qazax Ədəbiyyat Muzeyində Osman Sarıvəlliyə həsr olunmuş poeziya bayramında iştirak etdik.
Onu da bildirirəm ki, ölkəmizdə 11 aprel növbədənkənar Prezident seçkiləri ilə bağlı “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri professor Mustafa Babanlı, professor Əhməd Vəliyev mənimlə bilikdə Qazax və Ağstafa rayonlarında təbliğat-təşviqat tədbirlərində iştirak etdik.
– 2018-ci ilin aprel ayında Milli Qəhrəmanımız Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva mənə zəng edərək bildirdi ki, aprelin 14-də Bərdə şəhərində Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev adına 5 saylı tam orta məktəbin həyətində onun büstünün açılış mərasimi olacaqdır. Sizi də orada görmək istəyirik. Biz də İdarə Heyətinin qərarı ilə professor Rüstəm Kamalı və İctimai Birliyin katibi Yusif Alıyevi həmin tədbirdə iştirak etmək üçün Bərdə rayonuna ezam etdik. Alının sevdiyi qərənfil güllərindən hazırlanmış əklil Birliyin adından onun büstü önünə qoyuldu. Hər iki nümayəndəmiz Bərdə rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib, Birliyin adından ürək sözlərini demişlər.
Bizim görəcəyimiz işlər sırasında mahalın tanınmış sənətkarları, şair və yazıçılarının doğum və anım günlərinin keçirilməsi fəaliyyət planımıza salınmışdır. “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyət planına uyğun olaraq 14 may 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qazax Xeyriyyə” İctimai Birliyinin təklifi, maddi dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə birgə ustad aşıq Şıxlı Məhəmmədin (Dərya Məhəmməd) anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Həmin tədbir Azərbaycan Televiziyasının Mədəniyyət kanalında tam olaraq nümayiş etdirilmiş və mətbuatda tədbir haqqında geniş yazılar dərc edilmişdir.
– Eyni zamanda qeyd edim ki, bu il bizim İctimai Birliyin İdarə Heyətinin üzvü hörmətli Sultanxanım Nəsibovanın 60 illik yubileyini də geniş şəkildə qeyd etdik və ona da “Qazax Xeyriyyə” İctimai Birliyi adından “Fəxri Fərman” təqdim etdik. Sultanxanım, sizi bir daha təbrik edir, can sağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Həmçinin bu il “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü şair, publisist, tərçüməşi, Əli Kərim adına Poeziya klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru İbrahim Hacıyevin (İlyaslı) anadan olmasının 55 illik yubiley tədbirini qeyd etdik və İctimai Birliyin İdarə Heyətinin qərarı ilə ona Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Fəxri Fərman” təqdim etdik.
Əziz qonaqlar! Hamımız bilirik ki, Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə dünyasını dəyişmişdir. Böyük sənətkar öz vəsiyətinə uyğun olaraq Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur. Dədə Ədalət dünyasını dəyişdikdən sonra “Qazax Xeyriyyə” İctimai Birliyinin əsas işlərindən biri də onun qəbirüstü abidəsinin qurulması olub. Buna görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla, Qazağın ağsaqqalları, ziyalıları ilə çoxsaylı görüşlər keçirdik. Qəbrüstü abidəni mükəmməl hazırlaya biləcək heykəltəraş axtardıq. Sonda Xalq rəssamı, professor Natiq Əliyevin üzərində dayandıq və artıq ustadın abidəsi tamamlanmaq üzrədir. Mən bu işdə bizə həmişə dəstək olan, yaxından köməklik göstərən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Aşıq Ədalətin ailə üzvlərinə və İctimai Birliyin İdarə Heyətinin üzvü Sultanxanım Nəsibovaya Birliyimizin üzvləri adından minnətdarlığımı bildirirəm. Qeyd edim ki, yaxın günlərdə abidə Qazağa aparılaraq postament üzərinə qoyulacaq. Əminəm ki, bundan sonra Qazax və Ağstafada keçiriləcək bütün saz-söz bayramları Dədə Ədalətin abidəsinin ziyarətindən sonra baş tutacaq.
Həmçinin hər il olduğu kimi, bu il də may ayının 27-də Xalq şairi Səməd Vurğunun anım günündə “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri ilə dahi şairin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzdük.
Biz, həmçinin Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş Qazax rayonunda keçirilən “Milli Qurtuluşdan Zəfərə doğru” kütləvi vətənpərvərlik bayramında İctimai Birliyin geniş nümayəndə heyəti ilə iştirak etdik.
1 iyul 2018-ci ildə Xalq şairi Səməd Vurğunun Ev muzeyinin müdiri Nüşabə xanım Vəkilovanın təşkilatçılığı ilə Səməd Vurğunun Ev muzeyində bizim əziz qardaşımız, filologiya elmləri doktoru Məti Osmanoğlunun 60 illik yubileyi ilə bağlı yeni çap olunmuş kitablarının təqdimatı keçirilmişdir.
Elə biz də orada Məti müəllimin yubileyinin “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə fəaliyyət planımıza salındığını bildirdik və bu gün də xüsusi olaraq Məti Osmanoğlunun 60 illik yubiley tədbirini də burada onun sənət dostları, iş yoldaşları, həmkarları və bizlərlə bir yerdə qeyd olunacaq.
Qeyd edim ki, bu ilin yanvar ayında ustad aşıq Dərya Məhəmmədin şagirdi, çağdaş Azərbaycan aşıq sənətinin ustad aşıqlarından olan Aşıq Yaqub Şıxlı dünyasını dəyişdi. “Qazax Xeyriyyə” İctimai Birliyi Aşıq Yaqubun qəbirüstü abidəsinin hazırlanmasına maddi köməklik göstərmişdir.
Bir məqamı da qeyd etmək istəyirəm ki, bizim “Qazax Xeyriyyə” İctimai Birliyi həmçinin Qazax mahalının müəllimlərinin, təhsil işçilərinin problemlərinə aidiyyəti üzrə köməkliklər göstərir. Bu yaxınlarda Təhsil Nazirliyinin elan etdiyi müsabiqədə Qazax şəhər 3 saylı tam orta məktəbin müəllimləri Tahirə Xasməmmədova və Şəlalə Məhərrəmova tərəfindən təqdim olunmuş “Psixoloji maarifləndirmə” layihəsi qalib olmuşdur. Layihəyə uyğun olaraq Qazax və Ağstafa müəllimləri üçün Türkiyə Cümhuriyyətindən dəvət ediləcək Türkiyə uşaqları iş birliyi üzrə dünyada tanınmış professor Erdəm Söyləməzin mühazirə və seminarları təşkil olunacaqdır. Qeyd edim ki, professor Erdəm Söyləməzin gəliş-gediş və Qazax-Ağstafada qalma xərcləri “Qazax Xeyriyyə” İctimai Birliyi və Qazax rayon İcra Hakimiyyəti tərəfindən qarşılanacaqdır.
Bundan başqa bizə müraciət edən şəhid ailələri, veteran övladlarının təhsillə bağlı problemlərinə də köməklik göstərmişik.
Təbii ki, ölkəmiz üçün əlamətdar olan bu dövr, həmçinin bizim “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri üçün də yaddaqalan və əlamətdar olmuşdur. Bu sırada istərdim ki, ilk olaraq bu müddət ərzində ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar ilə fəxri adlar, rütbə, orden və medallarla təltif olunan şəxslər haqqında məlumat verim:
– Fevral ayında Bilgəh Kardioloji Sanatoriyasının şöbə müdiri Şərif Şahməmməd oğlu Şahməmmədova prezidentin sərəncamı ilə Əməkdar həkim fəxri adı verilmişdir.
– May ayında Sabir Novruz oğlu Məmmədova prezidentin sərəncamı ilə Xalq artisti fəxri adı verilmişdir.
– Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə iyun ayında Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəis müavini polkovnik Namiq Poladova və Müdafiə Nazirliyinin Rabitə və Avtomatik İdarəetmə Sistemləri İdarəsinin rəisi, polkovnik Məmməd Eminova Azərbaycan Ordusunun döyüş hazırlığı sahəsindəki yüksək xidmətlərinə görə cənab prezidentin sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
– İyun ayında Binəqədi rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov prezidentin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Sözün həqiqi mənasında bu cür yüksək təltiflər doğma Qazağımız üçün çox böyük şərəfdir. Bütün təltif olunanları təbrik edir və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə bütün Qazax mahalının insanları adından təşəkkürümüzü bildiririk.
Əziz dostlar! Bilirsiniz ki, Qazax həm də öz alimləri, ziyalıları ilə məşhurdur. Bu yaxınlarda Salatın Əhmədovanın və Rövşən Babanlının müəllifliyi ilə çapdan çıxmış “Qazax mahalının alimləri” kitabını vərəqləyəndə bir daha qürur hissi keçirdim ki, mahalımızın uğurlar qazanmış necə böyük alimləri vardır. Bu gün də o uğurları davam etdirən ləyaqətli alimlərimiz çoxdur. Onlardan bu gün tədbirimizdə iştirak edən Türkiyənin Süleyman Dǝmirǝl Universitetinin professoru, Mexanika üzrə Türk Milli Komitəsinin sǝdr müavini Abdulla Sofiyevi, Almaniyanın Rostok Universitetinin dosenti, mayelərin istilik-fiziki xassələrinin araşdırılması sahəsində dünyada aparıcı alimlərdən biri olan Cavid Səfərovu misal göstərmək olar.
Bundan başqa, Azərbaycanda tətbiqi riyaziyyat və kibernetika elmi sahəsində apardığı tədqiqatlara, əldə etdiyi uğurlarına görə dünyanın ən tanınmış alimlərindən biri olan AMEA-nın müxbir üzvü Bilal Bilalovu da Sizlərə təqdim etmək istərdim. Bilal müəllim bu il AMEA-dakı seçkiləridə AMEA-nın Rəyasət Heyətinin üzvü seçilib. Onu da qeyd edim ki, bu il həmçinin Bilal müəllimin 55 yaşı tamam olmuşdur. Bilal müəllim, Sizi təbrik edirik və Sizinlə fəxr etdiyimizi bildiririk!
Məlumdur ki, Qazax mahalından olan yazıçılar, şairlər bir çox özəlliklərinə görə digərlərindən fərqlənirlər. Bizim çoxumuzun tanıdığı Əməkdar jurnalist, gənc yazıçı Varis Yolçuyev mayın ayında Rusiyanın Soçi şəhərində keçirilən “Ədəbiyyat üzrə festivallar festivalı”nda Avrasiya materikinin 170 yazıçısı arasında 1-ci yer tutaraq Festivalın qızıl medalını Azərbaycana gətirmişdir. Varis müəllim, təbrik edirik!
Görəsən, hamımızın sevimlisi Şəmistan Nəzirli olmasaydı, biz bu qədər generallarımızı tanıyardıqmı? Bu qədər hərbi sərkərdələrimiz haqqında, hərb tariximiz haqqında müfəssəl bilgilərə sahib ola bilərdikmi? Düşünürəm, yəqin ki, yox. Bizim bu sevimli tədqiqatçımızın 75 yaşı olmasına baxmayaraq, yorulmaq bilmədən bu gün də çalışır. Bir neçə gün öncə onun “Azərbaycan Milli Ordusunun 100 illiyi” adlı arxiv sənədləri əsasında yazılmış dəyərli bir kitabı işıq üzü görmüşdür. Həmçinin bu gün bu kitabın da ilk dəfə təqdimatını keçirəcəyik. Şəmistan müəllim, Sizi təbrik edirik!
Şəmistan müəllimin kitabı ilə təxminən eyni vaxtda bizim tanınmış tədqiqatçımız, akademik Teymur Bünyadovun tələbəsi İsmayıl Umudlu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, parlament üzvü Abbas bəy Atamalıbəyovun “Siyasi mühacirin xatirələri” kitabı ingiliscədən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Həmçinin SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Fəxri idman xadimi Ramiz Tağıyevə həsr olunmuş, jurnalist Səbinə Yusifin qələmə aldığı “40-cı fənd” kitabının da təqdimatını xüsusi qeyd etmək istərdim. Ramiz müəllimə həsr edilmiş kitabda mənim də öz ürək sözlərim əks olunmuşdur. Azərbaycan Respublikasında idmanın inkişafında, xüsusi olaraq Qazax güləş məktəbinin ənənələrinin saxlanılması və inkişaf etdirilməsində Ramiz müəllimin misilsiz xidmətləri vardır. Ramiz müəllim, bilin ki, biz hamımız Sizinlə fəxr edirik! Onu da nəzərinizə çatdırıram ki, Ramiz Tağıyevin 70 illik yubileyi yaxın vaxtlarda Qazax rayonunda İctimai Birlik və Qazax rayon İcra Hakimiyyəti ilə birlikdə yüksək səviyyədə keçiriləcəkdir.
Sonra Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair, publisist Barat Vüsal çıxış edərək Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdı. Qeyd etdi ki, mən bura Qazağın məşhur pəhləvanı, hamımızın sevimlisi Ramiz Tağıyevlə göndərilmişəm. Tədbirdən sonra Qazağa qayıdacağıq və burada şahid olduğumuz möhtəşəm tədbir haqqında Qazax və Ağstafa rayon icra Hakimiyyəti başçılarına məlumat verəcəyik. Ümumiyyətlə, Sizin bu tədbirlərdə iştirak üçün bizi dəvət etməyiniz bizim üçün çox sevindirici haldır. Buna görə sizlərə hər iki başçının adından və şəxsən öz adımdan dərin təşəkkürlərimizi bildiririk. Nəzərinizə çatdırıram ki, yaxın günlərdə şair Avdı Qoşqarın anadan olmasının 60 illik, SSRİ İdman ustası, Əməkdar məşqçi Ramiz Tağıyevin isə 70 illik yubileyi münasibətilə Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük tədbirlər keçiriləcək. Sizləri Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşovun adından həmin tədbirdə iştirak etməyə dəvət edirəm.
Daha sonra İ.Pirməmmədov qeyd etdi ki, indi isə “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarına uyğun olaraq Birliyin “Fəxri Fərman”ları ilə təltif olunmuş, ölkəmizin ictimai-siyasi, mədəni həyatında fərqlənən, cənab prezidentin sərəncamları ilə fəxri adlara, orden-medallara, hərbi rütbələrə layiq görülən, eyni zamanda, hesabat dörü ərzində yubiley və doğum günləri olan şəxləri bir-bir səhnəyə dəvət edək və “Fəxri Fərman”ları təqdim edək:
– AMEA-nınRiyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü Bilal Telman oğlu Bilalov – Elmin inkişafındakı müstəsna xidmətlərinə, Azərbaycanda tətbiqi riyaziyyat və kibernetika elmi sahəsində apardığı tədqiqatlara, əldə etdiyi uğurlarına görə və anadan olmasının 55 illiyi münasibətilə təltif olunur.
– Araşdırmaçı-publisist, hərbi jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şəmistan Əmiraslan oğlu Nəzirli – Azərbaycan hərb tarixinin araşdırılmasındakı misilsiz xidmətlərinə, Xalq şairi Səməd Vurğun, general Əli ağa Şıxlinski və Qazax mahalının digər dahi şəxsiyyətləri haqqında çoxsaylı silsilə əsərlər yazdığına görə və anadan olmasının 75 illiyi münasibətilə təltif olunur.
– Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bilgəh Kardioloji Sanatoriyasının şöbə müdiri, Əməkdar həkim Şərif Şahməmməd oğlu Şahməhəmmədov – Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə təltif olunur.
– Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Natiq Kamal oğlu Əliyev – Azərbaycan incəsənətinin inkişafındakı böyük xidmətlərinə və türk dünyasının tanınmış ozanı, Azərbaycan aşıq məktəbinin əvəzsiz sənətkarı Aşıq Ədalətin abidəsini yaratdığına görə təltif olunur.
– “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, “Şöhrət” ordenli, Əməkdar mühəndis, texnika elmləri doktoru Qasım İsrafil oğlu – Abdullayev Azərbaycanda metro-tunel tikintisinin inkişafında göstərdiyi misilsiz xidmətlərə görə və anadan olmasının 60 illiyi münasibətilə təltif olunur.
– Yazıçı, Əməkdar jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü Varis Musa oğlu Yolçuyev – Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə təltif olunur.
– Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Qəzənfər oğlu İsmayılov – Azərbaycan dövləti qarşısındakı müstəsna xidmətlərinə görə təltif olunur.
– “Ozan” aşıq müsabiqəsinin qalibi, peşəkar aşıq Avdı Telman oğlu Musayev – Azərbaycan ozan-aşıq sənətinin inkişafındakı xidmətlərinə görə təltif olunur.
– Əməkdar mədəniyyət işçisi, peşəkar aşıq, müğənni Solmaz Qorçu qızı Kosayeva – Azərbaycan mədəniyyətinin, ozan-aşıq sənətinin inkişafındakı xidmətlərinə görə təltif olunur.
– Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin kafedra müdiri Rüstəm Kamal oğlu Rəsulov (Rüstəm Kamal) -Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə təltif olunur.
– Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin müəllimi Məti Osman oğlu Bayramov – Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə təltif olunur.
– Azərbaycan Dövlət Nevt və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Baba oğlu Babanlı – yüksək ixtisaslı elmi-pedaqoji və rəhbər kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin aparlımasında və istehsalata, tədris prosesinə tətbiq olunmasında böyük nailiyyətlər qazandığına görə və anadan olmasının 50 illiyi münasibətilə təltif olunur.
– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rabitə və Avtomatik İdarəetmə Sistemləri İdarəsinin rəisi, general-mayor Məmməd Şəmil oğlu Eminov – Azərbaycan Ordusunun döyüş hazırlığı sahəsindəki yüksək xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təltif olunur.
– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəis müavini general-mayor Namiq Qasım oğlu Poladov – Azərbaycan Ordusunun döyüş hazırlığı sahəsindəki yüksək xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təltif olunur.
– Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın Xalq artisti Sabir Novruz oğlu Məmmədov – Azərbaycan mədəniyyətinin, teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə təltif olunur.
– SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Fəxri idman xadimi Ramiz Cahangir oğlu Tağıyev – Azərbaycan Respublikasında idmanın inkişafında, xüsusi olaraq Qazax güləş məktəbinin ənənələrinin saxlanılması və inkişaf etdirilməsindəki misilsiz xidmətlərinə görə təltif olunur.
Tanınmış şair, publisist Rafail Ağakişi oğlu İsmayılov (Rafail İncəyurd) – Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinə görə təltif olunur.
– Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisisit Avdı Musa oğlu Həsənov (Avdı Qoşqar) – Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinəgörə və anadan olmasının 60 illiyi münasibətilə təltif olunur.
Təltif olunanların hər birinə təşəkkür və minnətdarlığımızı bildiririk. Hər birinizlə fəxr edirik, çox sağ olun. Qeyd edim ki, bu gün tədbirimizdə üzrlü səbəblərdən iştirak edə bilməyən professor Mustafa Babanlının, general-mayor Namiq Poladovun, polkovnik Namiq İsmayılovun, Xalq artisti Sabir Məmmədovun “Fəxri Fərman”ları yaxın günlərdə özlərinə çatdırılacaq.
Professor İlham Pirməmmədovun çıxışından sonra məclis “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, filologiya elmləri doktoru Məti Osmanoğlunun 60 illik yubiley tədbiri ilə davam etdirildi. Tədbirdə Məti Osmanoğlunun iş yoldaşları – Bakı Dövlət Universitetinin professorları, qələm dostları və ailə üzvləri iştirak edirdi.
Tədbirdə akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, akademik Nizami Cəfərov, professor Alxan Bayramov, professor Rüstəm Kamal, professor Məhəbbət Dəmirçiyeva və digərləri Məti Osmanoğlunun həyat və yaradıcılığından geniş bəhs edərək yubilyara can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzuladılar.