Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularına fəxri adların verilməsi haqqında imzaladığı sərəncama əsasən dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsənov Əli Məhəmmədəli oğluna “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilmişdir.
Əli Həsənovun Azərbaycan Diasporasının işinin yüksək formada təşkil edilməsində, Qeyri-Hökumət Təşkilatlarının, İctimai Birliklərin fəaliyyətinə yaxından köməkliyinə, milli media və radio-televiziya istitutunun formalaşmasında, siyasi partiyaların qanunvericilik daxilində sərbəst fəaliyyətinin təmin edilməsində və s. sahələrdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri kimi böyük fəaliyyəti və müstəsna xidmətləri vardır.
“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, Vidadi Bayramov İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından hamının sevimlisi, Ulu öndər Heydər Əliyev siyasi xəttinin sadiq təbliğatçısı, tarix elmləri doktoru, professor Əli Həsənovu “Əməkdar dövlət qulluqçusu” fəxri adı alması münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.
Bununla yanaşı, bu yüksək təltif münasibətilə Əli Həsənovun həyat yoldaşı, “Qazax Xeyriyyə” İctimai Birliyinin yaxın dostu, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, filologiya elmləri doktoru Sona xanım Vəliyevanı da ürəkdən təbrik edirik.
P.S. Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin tarix fakültəsinin məzunudur. Tarix elmləri doktoru, professordur.
1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində işləmiş, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilmişdir. 1-ci dərəcəli dövlət müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilmişdir.
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiridir.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Əməkdar dövlət qulluqçusu fəxri adına layiq görülmüşdür.