Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Onun 57 yaşı tamam olur.
Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan regionda və dünyada lider dövlətə çevrilmişdir. Ölkəmiz bir-birinin ardınca sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti sayəsində regionda dünya əhəmiyyətli layihələr həyata keçirilərək, Azərbaycan sərmayə yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. İlham Əliyev müqayisəsiz parlaq simadır, dünya səviyyəli liderdir. Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisiyəgəlməzdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.
Onun qətiyyətli siyasəti sayəsində Azərbaycan BMT Təhlüksəsizlik Şurasının 15 üzvündən biri olmuşdur. Bir-birinin ardınca Azərbaycanın süni peyklərinin orbitə buraxılması ilə Azərbaycanın adı kosmik ölkələr sırasına daxil olmuşdur. Nəhəng Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşasının başa çatdırılması ilə Azərbaycan dünyanın iqtisadi və siyasi səhnəsində sönməz bir ulduz kimi parlamışdır.
Bu gün Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qoşa qanad kimi Azərbaycanı zirvələrə ucaldırlar. Azərbaycan mədəniyyətini, Azərbaycan iqtisatiyyatını, Azərbaycan siyasətini daxildə və xaricdə böyük ləyaqət və məhəbbətlə təbliğ edərək xalqımızın qədim keçmişindən bu gününə kimi keçdiyi həyat yolunu dünyaya örnək göstərirlər.
Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri daim Prezident İlham Əliyevin diqqətində olduğundan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hazırlanaraq təsdiq edilməsi ilə bağlı fərman imzalamışdır. Hazırda bu fərmanın icrasına cənab Prezident özü nəzarət edir.
Bundan başqa cənab İlham Əliyevin ordu quruculuğunda apardığı böyük işlərin, zabit, gizir və əsgərlərin mənəvi-psixoloji ruh yüksəkliyinin bariz nümunəsi tarixə Aprel döyüşləri kimi düşən 2016-cı ilin aprel ayında baş verən müharibədə əyani göründü. Strateji cəhətdən əhəmiyyətli olan Lələtəpə yüksəkliyinin düşməndən geri alınması ilə Azərbaycan əsgəri qalibiyyət qazanaraq sərhədboyu ərazilərimizi düşmən nəzarətindən azad etdi. İşğaldan azad edilən Cocuq Mərcanlı kəndinin Prezidentin göstəriş və nəzarətilə yenidən qurulması dünyaya Azərbaycan reallıqlarının bir daha nümayişi oldu. Biz inanırıq ki, çox yaxın gələcəkdə biz Qarabağı bütünlüklə düşməndən azad edəcəyik. Üçrəngli bayrağımız Cocuq Mərcanlıda olduğu kimi, Xankəndində, Şüşada, Xocalıda, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Ağdamda, Füzulidə, Ağdərədə, Xocavəddə də dalğalanacaq.
Son bir ildə cənab prezidentin Azərbaycan təhsili, elmi və mədəniyyəti ilə bağlı imzaladığı fərman və sərəncamları dövlətimizin daha da güclənməsinə, dünyada Azərbaycanın reytinqinin daha da artmasına səbəb olmuşdur. Gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi Azərbaycan gəncliyinə dövlət qayğısının və diqqətinin bariz nümunəsidir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzalanan Sərəncamla ölkəmiz dünya təhsil sisteminə töhfələr verə bilən ölkəyə çevriləcək.
Cənab İlham Əliyevin Qazax mahalına göstərdiyi diqqət və qayğı hər bir qazaxlı və ağstafalının rəğbəti və məhəbbəti ilə qarşılanır. Bu gün Qazax və Ağstafada cənab Prezidentin sərəncamları ilə təyin olunan icra başçıları hörmətli Rəcəb Babaşov və hörmətli Məhərrəm Quliyevin bu rayonlarda bir-birinə dəstək olaraq gördükləri böyük quruculuq, abadlıq işləri sayəsində hər iki rayon öz qədimliyini saxlayaraq, dünyanın ən gözəl şəhərlərinə çevrilmişdir.
Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar 2018-ci il Prezidentin sərəncamı ilə Azərbaycanda “Cümhuriyyət ili” elan olunmuşdur. Bu münasibətlə ölkəmizdə bir-birindən gözəl tədbirlər həyata keçirilmişdir.
26 iyunda ordumuzun yaradılmasının 100 illiyi ilə əlaqədəar möhtəşəm mhərbi parad keçirildi.
15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azərbaycan-Türkiyə hərbi bölüklərinin iştirakı ilə möhtəşəm hərbi parad keçirildi. Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi də ölkəmizdə böyük təntənə ilə qeyd edildi.
Heç təsadüfi deyildir ki, Azərbaycan ali təhsil sisteminin əsasını qoymuş Qazax Müəllimlər Seminariyasının da bu il 100 yaşı tamam olmuşdur. Bu münasibətlə Xalq şairi Nəriman Həsənzadə və akademik Teymur Bünyadov Prezident cənab İlham Əliyevə ünvanladıqları məktubda Azərbaycanda milli təhsilin inkişafında xüsusi yeri və rolu olmuş, tariximizin nəsillərə örnək olan şanlı səhifələrindən birinə çevrilmiş Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin respublika səviyyəsində layiqincə qeyd edilməsini xahiş edilmişdir.
Müraciət məktubunda ulu öndər Heydər Əliyevin 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinə həsr olunmuş konfransın iştirakçılarına göndərdiyi təbrik məktubunun mətni də qeyd edilmişdir: “Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.
Cənab İlham Əliyev Seminariya ilə bağlı məktuba dərhal reaksiya verərək 3 noyabr 2018-ci il tarixdə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayaraq bir daha Azərbaycanın öz keçmiş ənənələrinə sadiq olduğunu əyani olaraq göstərdi. Sərəncama uyğun olaraq hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı üzərində işləyir.
Bundan başqa Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı 31 may 2018-ci ildə sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin
Doğma Azərbaycanımızın hər yerində olduğu kimi Qazax və Ağstafada da əhalının sosial rifahı günü-gündən yaxşılaşır. Yeni sənaye müəssisələrinin tikilməsi, kənd təsərrüfatı imkanlarının genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bölgədə yeni iş yerlərinin yaradılmasına, əhalinin yaşayışının yaxşılaşdırılmasına nail olunmuşdur. Məhz bütün bu uğurlar cənab Prezidentin diqqət və qayğısının təzahürüdür.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Arif Məmmədov, professor Əhməd Vəliyev, Əməkdar mühəndis Qasım Abdullayev, Fuad Hacıyev, Məmməd Musayev İctimai Birliyin üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü və qardaş Türkiyə mətbuatında keçirilən sorğuda “İlin ən yaxşı dövlət başçısı” seçilməsi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir. Dövlətimizin müstəqilliyinin əbədiliyi, ölkəmizin uğurlu gələcəyi naminə qədribilən Azərbaycan xalqına sülh, əminamanlıq və firavanlıq arzulayır.
Əminliklə bildiririk ki, Qazax mahalının bütün ictimai-siyasi xadimləri, ziyalıları, sənətkarları, zəhmətkeş insanları hər addımınızda sizinlə birgə olaraq, Sizin uğurlu siyasətiniz ətrafında yumruq kimi birləşmişik.
Biz Sizinlə fəxr edirik, cənab Prezident!
P.S.İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ.Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cu il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilib.
Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.