Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü Sultanxanım Məhəmməd qızı Nəsibovanın doğum günüdür. Sultanxanım Nəsibova 16 fevral 1958-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

Sultanxanım Nəsibova uzun müddət bank sektorunda müxtəlif məsul vəzifələrdə çalışaraq bu sahənin inkişafına töhfələr vermiş bir mütəxəssis kimi tanınır. Həmçinin gözəl ailə başçısı, ictimai fəal Sultanxanım Nəsibova təşkilati-quruculuq işlərində də böyük təcrübəyə malikdir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində fəal iştirak etdiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Sultanxanım Nəsibova Birliyin “Fəxri fərman”ı ilə təltif edilmişdir.

“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, texnika elmləri doktoru Qasım Abdullayev, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov  İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Sultanxanım Nəsibovanı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here