İkinci yazı

… 1988-ci ildən bu günə kimi Qazax rayonundan 292 şəhid vermişik.  Onlardan 7 nəfəri – Alı Mustafayev, Şamoy Çobanov, Firuddin Şamoyev, Mərfət Nəsibov, Aqil Musayev, Rafiq Alıcanov, Əjdər Babayev  Azərbaycanın MİLLİ QƏHRƏMANIDIR. Üç nəfər  – Qaratel Hacımahmudova, Elmar Hüseynov, Müşfiq Məmmədov  “Azərbaycan bayrağı” ordeni ilə, iki nəfər– Elmar Hüseynov, Mühüd Orucov “İgidliyə görə” medalı ilə, bir nəfər– Elvin Namazov “Vətən uğrunda” medalı ilə, üç nəfər – İsa Almazov, Mühüd Orucov, Orxan Əliyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə, bir nəfər – Azad Mikayılov “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə, bir nəfər – Mühüd Orucov “hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalı ilə,  4 nəfər – Arif Kazımov, Mərdan Əsgərov, Fidat Məmmədov, Səlamət Həsənov “Hərbi xidmətə görə” medalı ilə,  iki nəfər – Yaşar Əhmədov, Orucov Mühüd “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, bir nəfər – Nəbiyev Arzu “Hərbi xidmətlərə görə” medalı ilə, bir nəfər – Müşfiq Məmmədov  Türkiyənin Bətər Federasiyası tərəfindən “Fəxri fərman”la təltif olunmuşdur. Bundan əlavə Mühüd Orucov həmçinin  AzRSQ “90 illiyi yubleyi” medalı, AzRSQ-nin “95 illiyi yubleyi” medalı ilə də təltif olunmuşdur.

Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 yanvar hadisələrindən sonra “20 yanvar” şəhidlərinin xatirəsinə tikilmişdir. 2012-ci ildə Şəhidlər Xiyabanı yeni layihə üzrə  yenidən qurulmuşdur.
2017-ci ildə Qazax RİH-nin başçısı Rəcəb Babaşovun xüsusi diqqəti və göstərişi əsasında “Şəhidlər Xiyabanı” abidə kompleksində əsaslı təmir işləri aparılmış, ərazidə yeni park salınmış, dekorativ və həmişəyaşıl gül kolları əkilmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Abidə Kompleksində MİLLİ QƏHRƏMANLARIMIZIN və torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 285 şəhidin şəkilləri  qara mərmərə  həkk edilmişdir.


Daş Salahlı kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksinin  yenidənqurulması və əsaslı təmiri ilə bağlı rayon rəhbəri Rəcəb Babaşov tapşırıq və tövsiyyələrini verdi. 2018-ci ilin may ayının 9-da – qələbənin 73-cü ildönümündə həmin abidənin təntənəli şəkildə açılışı oldu.

Şəhidə qiymət vermək vətənə, millətə qiymət vermək anlamındadır. Bu baxımdan onu deyə bilərəm ki, Rəcəb Babaşov Qazaxa rəhbər təyin olunduğu ilk gündən şəhid ailələri ilə mütəmadi olaraq maraqlanır, onların probemlərinin həlli yolunda özü şəxsən iştirak edir. Təbii ki, bu hal bütün qazaxlılar tərəfindən təqdirəlayiq əməl kimi qəbul edilir. Rəcəb Babaşovun təqdirəlayiq əməllərindən biri də rayonun mərkəzində, eləcə də kəndlərdə şəhid bulaqlarının tikintisi və eləcə də baxımsızlıqdan uçub-dağılmış, su üzünə həsrət qalan bulaqların yenidən bərpasına xüsusi olaraq diqqət göstərməsidir. Rəcəb Babaşov rayona rəhbərlik etdiyi gündən bu günə kimi aşağıda qeyd etdiyim bulaq kompleksləri tikilmiş və bir neçə bulaqda əsaslı təmir-bərpa işləri aparılmışdır:

1 – Qazax rayonu Qazaxbəyli kəndində MİLLİ QƏHRƏMAN Alı Mustafayevin adına bulaq kompleksi tikilmiş və istifadəyə verilmişdir.

2 – Qazax rayonunda MİLLİ QƏHRƏMAN Firudin Şamoyevin adına bulaq kompleksi tikilib istifadəyə verildi.

3 – Qazax Rayonu “Heydər parkı” ərazisində MİLLİ QƏHRƏMAN Mərfət Nəsibovun adına olan bulaq kompleksi əsaslı şəkildə təmir olunub yenidən istifadəyə verildi.

4 – Qazax rayonunda MİLLİ QƏHRƏMAN Şamoy Çobanovun adına olan bulaq kompleksi uçub-dağılmaqda idi. Həmin bulaq əsaslı şəkildə təmir olunub sakinlərin istifadəsinə verildi.

5 – Qazax rayonunda  Şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi də əsaslı şəkildə təmir olunub istifadəyə verildi.

6 – Qazax rayonunda Lələkənd döyüşlərində şəhid olanların xatirəsinə olan bulaq kompleksi də əsaslı şəkildə təmir olunub  istifadəyə verildi.

7 – Hərbi şəhərcikdə bütün şəhidlərin xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

8 – Qazax rayonu M.Ə.Rəsulzadə küçəsində şəhid Qoşqar Qurbanovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

9 – Qazax rayonu M.Ə.Rəsulzadə küçəsində şəhid Şavələd Abbasovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

10 – Qazax rayonu Bala Çaylı kəndində şəhid-bulaq kompleksi tikilib istifadəyə verildi.

11 – Qazax rayonu Cümə Məscidinin qarşısında şəhidlərin qız qardaşı Vəfa Dəmirçioğlunun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

12 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi kapitan Mühüd Orucovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

13 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi baş leytenant Elvin Namazovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

14 – Qazax rayonu Heydər Əliyev prospektində Aprel şəhidi əsgər Orxan Əliyevin xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verildi.

15 – Qazax rayonu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində şəhid Süleyman Süleymanovun xatirəsinə bulaq kompleksi tikilib istifadəyə verilmişdir.

…“Söz vaxtına çəkər”, deyiblər. Yazını yazarkən Süleyman Süleymanovun qəhrəmancasına şəhid olması xəbəri yayıldığı günü xatırladım. Bütün hər kəs Süleymanın qəhrəmanlığından danışırdı. O, 2017-ci ilin mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən snayperlə vurularaq şəhid olmuşdur. Süleyman Süleymanovun dəfnində rayon rəhbərliyi, Qazaxın dörd bir yanından olan ziyalılar, sadə vətəndaşlar iştirak edirdilər. O gün hamı bir nəfər kimi Süleyman kimi oğullarımızın qanının yerdə qalmayacağına söz verib, əhd etdi. Mart ayının 3-də Süleyman doğulduğu Daş Salahlı  kəndində Şəhidlər Xiyabanında torpağa tapşırıldı. “Qara xəbər yüyrək olur”, deyib atalarımız. Süleymanın ölüm xəbəri bir göz qırpımında Azərbaycanın hər yerinə yayıldı. “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, akademik Teymur Bünyadov, İctimai Birliyin İdarə Heyətinin üzvləri və bir çox ziyalılar  Süleymanın dəfnində iştirak etmək üçün üz tutdular  Bakıdan Qazaxa. Yas mərasimində iştirak edən Cəmiyyət üzvləri belə bir qənaətə gəldilər ki, şəhidin qəbirüstü abidəsinin xərcini “Qazax Xeyriyyə” İctimai Birliyi öz üzərinə götürsün. Rayon rəhbəri Rəcəb Babaşov isə bu məsələ ilə razı olmadığını və qəbirüstü abidənin rayon rəhbərliyi tərəfindən  ucaldılacağını deyir. Fikirlərində qəti olan Cəmiyyət üzvləri Respublika Ağsaqqallar şurasının sədr müavini Teymur Bünyadova və Cəmiyyətin sədri professor İlham Pirməmmədova üz tuturlar. Onlar Rəcəb Babaşovu razı salırlar və Süleymanın qəbirüstü abidəsinin ucaldılmasını “Qazax Xeyriyyə” İctimai Birliyi öz üzərinə götürür. “Qazax Xeyriyyə” İctimai Birliyi şəhidin qəbirüstü abidəsinin götürülməsini, məzarın ətrafının abadlaşdırılmasını böyük ruh yüksəkliyi ilə həyata keçirdilər. Bu cür vətənpərvər addım atdıqları üçün “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri Dədə İlham başda olmaqla Cəmiyyətin bütün üzvlərinə təşəkkür edirəm.

… 1988-ci ildən bu günə kimi Ağstafa rayonu 163 nəfər şəhid vermişdir.  Onlardan beş nəfəri MİLLİ QƏHRƏMAN adına layiq görülmüşdür. Ağstafa şəhər qəbristanlığında  “Şəhidlər xiyabanı” var. 90-cı illərdə qəhrəmanlıq göstərən Ağstafa şəhidləri həmin qəbristanlıqda dəfn olunmuşdur.  Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyev şəhid ailələrinə qarşı diqqət və qayğısını əsirgəmir. Şəhid Adil Tatarovun dəfnində rayon rəhbəri olaraq  ailəyə böyük mənəvi dəstək olan insanlardan biri də Məhərrəm Quliyevdir.


Bildiyimiz kimi Qıraq Kəsəmən kəndi torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda yeddi şəhid vermişdir. RİH-nin dəstəyi ilə 2018-ci ilin yayında Qıraq Kəsəmən kəndində həmin şəhidlərin xatirəsinə abidə kompleksi tikilmişdir.

RİH başçısı Məhərrəm Quliyevin tapşırıq və tövsiyyələrinə əsasən:

1 – Ağstafa rayonu Zəlimxan kəndində şəhidlərin xatirəsinə park salınıb.

2 – Ağstafa rayonu Göycəli kəndində Novruz Qurbanovun adını daşıyan park yenidən və əsaslı şəkildə qurulub sakinlərin istifadəsinə verilib.

Qazaxda və Ağstafada bu səpgidə işlər davam etdirilir.

Bu işlərin hər biri vətənə xidmətin, dövlətə sədaqətin ən aydın göstəricisidir. Yaşasın, Müstəqil Azərbaycan! Var olsun, qüdrətli dövlətimiz! Fəth etsin zirvələri, şanlı ordumuz!

Şəhidlər, ölməz ruhunuz qarşısında baş əyirik. Ruhunuz şad olsun!

Hörmətlə: Səbinə YUSİF

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here