Fəridə Ləman Prezidentin Sərancamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir

0
2985

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının fəxri adları verilmişdir. Həmin Sərəncama əsasən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Qaybalıyeva Fəridə Kamil qızı (Fəridə Ləman) “Tərəqqi” medalı ilə təltif edilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Fəridə xanımı “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here