Puşkin Əhmədovu doğum günü münasibətilə təbrik edirik

0
1874

İyun ayının 15-də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, iş adamı, xeyriyyəçi Puşkin Əhmədovun doğum günüdür.

Puşkin Əhmədov “Qazax” Xeyriyyə İctimai Birliyinin yarandığı gündən daim Cəmiyyətin işlərində yaxından iştirak edib. Qazax mahalının ağır günlərində Cəmiyyətin hesabına çoxlu pul çöçürmüş, daim sərhəd kəndlərinə gedərək əhali və səngərdə döyüşən əsgərlərlə görüşmüşdür. Puşkin Əhmədov bu xidmətlərinə görə “Qazax” Xeyriyyə Cəmiyyətinin təsis etdiyi General Əli ağa Şıxlınski diplomu ilə təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, Əməkdar mühəndis Qasım Abdullayev, Arzuman Abdulkərimov, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Vidadi Bayramov, Ramiz Göyüşov, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Puşkin Əhmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır. 

Puşkin müəllim, biz sizinlə fəxr edirik!

P.S. Əhmədov Puşkin Kəmaləddin oğlu 1956-cı ildə Ağstafa rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə Ağstafa rayon 24 saylı dəmir yolu məktəbinə getmiş və 1973-cü ildə həmin orta məktəbi bitirmişdir.
1975-1977-ci illərdə sovet ordusu sıralarında qullaq edib. Əsgəri xidmətini başa vurduqdan sonra 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub.
İnstitutu bitirdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin SSRİ Nazilər Sovetinin I müavini işlədiyi dövrdə “Azərbaycan Tümen” inşaat briqadasında baş iş icraçısı kimi Rusiyanın Tümen vilayətinin Koqalım şəhərində bir neçə mikrorayonların salınmasında yaxından iştirak edib. (Həmin briqadada həmkarlar ittifaqı təşkilatının sədri və partiya sədrinin müavini olub). 1990-cı ildə yüz minlərlə soydaşımızın erməni təcavüzündən yaxa qurtarıb Bakıya pənah gətirməsi, 20 Yanvar hadisələri Azərbaycan Nazirlər Sovetinin qərarı ilə həmin briqada ləğv olundu və briqada altı ildən sonra geri çağırıldı.
Bakıya qayıtdıqdan sonra P.Əhmədov “Bakı Baş Tikinti İdarəsi” sistemində şöbə müdürü vəzifəsində çalışmışdır.
1993-cü ildə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “Anar” firmasını təsis etmiş, kommersiya fəaliyyəti ilə yanaşı daima xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur.1993-cü ildə milli ordu və məcburi köçkünlərə Qazax xeyriyyə cəmiyyətinin xətti ilə iri məbləğdə pul vəsaiti, texnika üçün ehtiyyat hissələri və s. kimi yardımları olmuşdur.Həmçinin Azərbaycan Təhsil işçiləri və tələbələri xeyriyyə fondunun sədr müavini
işləmişdir. İşlədiyi dövrdə maarifçiliyin inkişafında, Azərbaycanda fasiləsiz təhsil sisteminin həyata keçirilməsində daima çalışmışdır. Bu fondun bəzi rayonlarda məskunlaşmış qaçqın uşaqlarına köməklik göstərmiş və onlarla tələbələrin illik təhsil haqqı ödənilmişdir.
2001-ci ildə “Səma-3” Mənzil Tikinti kooperativi təsis etmişdir. Bakı və Gəncə şəhərlərində yüksək mərtəbəli binalar tikmişdir.
Ölkəmizdən kənarda Özbəkistan Respublikasının paytaxtı Daşkənt şəhərində tikdiyi “Puşkin Evləri” (Пушкинские Дома) yaşayış kompleksi yerli sakinlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Bundan əlavə “Iron İnşaat” MMC-ni təsis etmiş hal- hazırda yüksək mərtəbəli yaşayış binaları tikir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı, altı nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here