Şair-publisist Fəridə Ləman Aprel şəhidləri Mühüd Orucov, Elvin Namazov və Orxan Əliyev haqqında kitablar yazıb

0
1636

…Bu günlərdə “Qazax” Xeyriyə İctimai Birliyinin təşəbbüsü sayəsində vətənpərvər şairimiz, prezident mükafatçısı Fəridə Ləmanın müəllifliyi ilə Qazax mahalından Aprel şəhidləri, kapitan Mühüd Orucov haqqında “Mühüdüm-şəhidim”, baş leytenant Elvin Namazov haqqında “Donmuş təbəssüm”, əsgər Orxan Əliyev haqqında isə “Cənnətdən məktublar kitabı” işıq üzü görmüşdü. Hər üç kitab Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun maliyyə dəstəyi ilə çap olunmuşdur.

Prezident təqaüdçüsü Fəridə Ləman Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. -Filologiya elmləri üzrə fəlsəfə doktorudu. Əllidən çox kitabın müəllifidir. 1998-ci ildən Fəridə Ləman 62 2013-cü ilə qədər keçirilən Müstəqil Azərbaycanın Qadınlar qurultayında nümayəndə; -1999-cu ildə Türk dünyası Qadınlarının qurultayında nümayəndə (İstanbul); -2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara). -Yaradıcılığındakı xidmətlərinə görə “General Həzi Aslanov” adına (fəxri diplom, 1995); “Xanqızı Natəvan” adına (diplom, 1995); “Araz” ali – ədəbi mükafatı (1999); “Qızıl qələm” mükafatı (2000); “Həsənbəy Zərdabi” mükafatı (2000); “Əlağa Şıxlınski” adına diplom (2004) “Milli heysiyyət” və “Qopuz” (2006) fəxri diplomları, ”Cəfər Cabbarlı “mükafatı (2010), “Ustad beşeri kalem “ (Türkiyə, 2010), İstanbul – Azərbaycan kültür dərnəyinin ödülünü (2011)); ”Azad Qələmlər Cəmiyyəti” ”Həzrəti Əli” fəxri mükafatı (2013); ”Azərbaycan Uğrunda” fəxri diplom (2013); “Azad Qarabağ Uğrunda” fəxri diplom (AYQB) 2013; Cənnətdən məktublar 63 “Səməd Vurğun Mükafatı” diplom “Səməd Vurğunun bədii dilinin izahlı lügəti” kitabına görə (2014) və müxtəlif fəxri fərman, təltifnamə, təşəkkürnamələrə layiq görülmüşdü. Fəridə Ləman müxtəlif mətbu orqanlarda- “Gənclik”, ”Azərbaycan qadını”, ”Xatun” jurnallarında; ”Azərbaycan”, ”Azad Azərbaycan”, ”Respublika”, ”Dəli Kür” qəzetlərində korrektor, müxbir, müxbirlər şöbəsinin müdiri və baş redaktor işləmişdir. -1997-ci ildə “Sevil” Qadınlar Məclisi Poeziya Klubunun rəhbəri; -1998-ci ildə “Xatun” ədəbi Məclisinin sədri olub; -2001-ci ildə isə “Məhsəti” Şairlə Məclisini yaradıb; -2003-cü ildə eyni adlı “Məhsəti” jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur. Fəridə Ləman Dünya Azərbaycanlıları Mə- Fəridə Ləman 64 dəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007-2017). İİR-nın Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştrak etmişdir (2007); UluslararasıYunus Emre Kültür və Sanat haftasında iştrakçı olmuşdur (6-10 may 2008) Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında Xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin şeir müəllifidir. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. 2010-cu ildə Osman Qazi Universitetində 2- ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda iştrak etmişdir (Türkiyə). 2012-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Cənnətdən məktublar 65 vətən” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş, teatrın özündə və sərhəd bölgələr – Gədəbəy, Qazax, Ağstafa bölgələrində əsgərlərin və rayon ictimaiyyətinin iştirakı ilə göstərilmişdir. 2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2014-cü ildə Eskişehir Türk Dünyası Çocuk – Edebiyyatı sempoziyumunun iştirakçısı olmuşdu (14 – 17 aprel) 2014-cü ildə Türkiyədə işıq üzü görmüş, “Bayraklarda Hilalımız”Güldeste (Eskişehir) şeirləri işıq üzü görmüşdür. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçrilən “Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir” kitabında şeirləri dərc olunmuşdur. 2016-cı ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB tə- Fəridə Ləman 66 rəfindən “Vətən naminə” medalına layiq görülüb. 2016-cı ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “General Əliağa Şıxlinski”yubiley medalına layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2019-cu ildə “Birini sən de, birinidə mən” (deyişmələr II kitab) və aprel şəhidlərimiz, kapitan Mühüd Orucov haqqında “Mühüdüm – şəhidim”; baş leytenant Elvin Namazov haqqında isə “Donmuş təbəssüm”, əsgər Orxan Əliyev haqqında isə “Cənnətdən məktublar” kitabı nəşr olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here