Dahi Səməd Vurğunun məzarı ziyarət olunub

0
1419

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına uyğun olaraq 21 mart 2020-ci ildə Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 114, Xalq yazıçısı Mehdi Hüseynin anadan olmasının 111, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 101 illiyi münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, şair Rafail İncəyurd, Zöhrab Abdullayev Fəxri Xiyabanda olaraq hər üç dahi şəxsiyyətin məzarını ziyarət edib, məzarları üzərinə əklil və çiçək dəstələri qoyublar.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İ.Pirməmmədov qeyd etdi ki, bu gün ölkədə Koranovirus pandemiyasının yayılmasının qarşısıının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın tələb və tövsiyələrinə uyğun olaraq ziyarətin kütləvi şəkildə təşkil edilməsini dayandırdıq və ziyarətin 2-3 nəfərlə birlikdə həyata keçirməyi qərara aldıq. Onu da bildirim ki, artıq Səməd Vurğunun doğum və anım günlərinin qeyd olunması bir ənənə halını almışdır. Bu da ondan irəli gəlir ki, Səməd Vurğuna böyük bir el sevgisi vardır, böyük bir məhəbbət vardır. Professor İ.Pirməmmədov onu da qeyd etdi ki, Səməd Vurğun bütün dövrlərin şairidir. Onu hər zaman xalq sevib, sevir, sevəcək də. Səməd Vurğuna ən böyük qiymət verən insanlardan biri də ulu öndər Heydər Əliyev olmuşdur. Belə ki, ümummilli lider hər zaman Səməd Vurğun yaradıcılığına, şəxsiyyətinə yüksək dəyər vermişdir. Müstəqillik dövründə Səməd Vurğunun 90 illik yubileyinin Respublika səviyyəsində təşkil edilməsi də bir daha bu sevgiyə, məhəbbətə əyani sübut idi. Həmçinin professor İ.Pirməmmədov onu da qeyd etdi ki, bu gün də Prezident cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi dəyərlər sayəsində böyük Səməd Vurğunun da adı ucalarda yer alıb. 22 martda Xalq yazıçıları Mehdi Hiseynin və İsmayıl Şıxlının da doğum günlərinin olduğunu diqqətə çatdıran İ.Pirməmmədov bu iki şəxsiyyət haqqında da xoş sözlər deyərək onların Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here