Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, iş adamı Elçin Carçıyevin doğum günüdür.
Həyatda elə yaşamaq lazımdır ki, geriyə baxanda utanmayasan. El-oba, Vətən sevgisi olan insanlar geriyə baxanda hər zaman qürur duyurlar. Onlar üçün bir amal var: Vətənə layiq övlad olmaq mənim ən müqəddəs borcumdur!
Belə insanlardan biri də bizim həmyerlimiz Elçin Carçıyevdir.
Elçin Carçıyev daim xeyriyyəçilik işləri ilə məşğul olub. Son günlər ölkəmizdə koronavirus pandemiyasının yayıldığı bir vaxtda “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun Prezident İlham Əliyevin çağırışından sonra iş adamlarına, imkanlı şəxslərə ünvanlı müraciətinə dəstək olaraq Qazax mahalında ehtiyacı olan onlarca ailənin köməyinə çatan Elçin Carçıyev onlara madddi və mənəvi dəstək olub. Belə ki, Elçin Carçıyev Qazax rayonunda 286 şəhid ailəsi daxil olmaqla 400 ailəyə yardım göndərib. Bundan əlavə Ağstafa rayonunda da bir neçə həssas təbəqədən olan aztəminatlı ailəyə yardım edib. Həmçinin Qusar rayonunda şəhid ailələrinə, müharibə veteranlarına, kimsəsiz insanlara (100 ailəyə) yardım edib.
“Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak etdiyinə görə Elçin Carçıyev Birliyin İdarə Heyətinin qərarı ilə “Fəxri diplom”la təltif olunub.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, professor Əhməd Vəliyev, Kamran Nəbizadə, Məmməd Musayev, professor Rüstəm Kamal, Vidadi Bayramov, Rafail İncəyurd, Kamal Axundov, Firdovsi Umudov, Fikrət Hacıyev, Raliz Qaravəliyev, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Məti Osmanoğlu, Yusif Alıyev, Ramiz Göyüşov, Yusif Rəhimov, Səbinə Yusif, şairə Cığatel, Çiçək Mahmudqızı İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Elçin Carçıyevi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar.
Elçin müəllim, sizinlə fəxr edirik!
P.S.Elçin Murtuz oğlu Carçıyev 26 may 1967-ci ildə Qazax rayonunda ziyalı ailəsində dünyaya göz açıb. 1985-ci ldə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1985-ci ildən 1989-cu ilə kimi Qazax rayon Komsomol komitəsində Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. 1989-1991-ci ildə Prezident Yanında İdarəetməçilik İnstitutunda ikinci ali təhsil alıb. 1991-1994-cü illərdə Sərhəd Assosasiyasının Prezidenti olmuşdur. 1994-1997-ci ildə Dövlət Gömrük Komitəsində çalışıb.
1997-ci ildən Elçin Carçıyevin rəhbərliyi ilə yaradılan “CARÇIOGLU GROUP” MMC hər zaman xalqın xidmətində dayanıb.
“CARÇIOGLU GROUP” MMC haqqında məlumat
Azərbaycanda ilk olaraq elektrod zavodu Qazax rayonunda inşa edildi. Həmin zavod “CARÇIOGLU GROUP” MMC-nin rəhbərliyi ilə fəaliyyətə başladı. “CARÇI QAYNAQ” elektrod zavodu 2019-cu ilin əvvəlində fəaliyyətə başlayıb.
“CARÇI QAYNAQ” elektrod zavodu Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşir. Zavodun ərazisi 1.5 hektardır. Məhsul istehsal edilən sahə 2400 kvadratmetrdir. “CARÇI QAYNAQ” elektrod zavodunda bütün avadanlıqlar qardaş ölkə Türkiyədən gətirilib və müasir standartlara tam olaraq cavab verir. Zavodun avadanlıqları Türkiyə respublikasının ixtisaslı mütəxəssisləri tərəfindən quraşdırılıb. İstehsal üçün xammal Türkiyədən gətirilir.
“CARÇI QAYNAQ” elektrodları möhkəmliyə tam zəmanət verir. Keyfiyyətli məhsullarla bazara çıxan “CARÇI QAYNAQ” elektrod zavodunun məhsulları daxili bazarda digər elektrodların satışı ilə müqayisədə 25 % ucuzdur.
Zavod gündə hər ölçüdə (2.5x350mm, 3.2x350mm, 4.0x350mm) elektroddan 5 ton məhsul istehsal edir. Ümumilikdə gündəlik 15 ton məhsul istehsal olunur.
“CARÇI QAYNAQ” zavodu istehsal etdiyi məhsullara tam zəmanət verir. Zavod gələcəkdə qaynaq maşınları, qaynaq telləri, çuqun elektrodlar da istehsal edəcək.
Həmçinin 2019-cu ilin oktyabr ayında “CARÇIOGLU GROUP” MMC və RF-nın Tatarıstan Respublikasının “TATSPİRTPROM” dövlət şirkətinin birgə əməkdaşlığı ilə “RUS AZERİ SPİRİTS” zavodu fəaliyyətə başladı. Zavod Qusar rayonunda yerləşir. “RUS AZERİ SPİRİTS” araq zavodu dünya markalarının Azərbaycanda ilk olaraq lisenziyalı istehsalına başlayıb. İstehsal olunan məhsullar həm ölkə daxilində, həm də xarici dövlətlərdə satışa çıxarılır. Zavodun fəaliyyəti nəticəsində xarici araq məhsulları daxili bazarda 40 faizədək ucuzlaşdı. Bu da ölkədə qeyri-neft sektorunun inkişafına böyük töhfədir.
Azərbaycanda ilk dəfə olaraq “RUS AZERİ SPİTRS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzülür. Araq və spirtin analizləri üçün labaratoriya ən yeni və müasir tipli Qaz Xromotoqrafla təmin olunub. Arağın istehsalı üçün yalnız “ALFA” tipli spirtdən istifadə olunur.
Yeni və müasir 4 pilləli filtrlərdən istifadə olunur:
Yumşaldıcı filtrlər
Gümüş filtrlər
Acılığı götürən filtrlər
Qızıl filtrlər.
Su Qusar rayonunda yerləşən “Qarabulaq” bulağından istifadə olunur.
Sular yumşaldıcı filtlər və geriyə osmos üsulu ilə təmizlənir. Sular həmçinin bakteriya əleyhinə lampalardan keçirilir.
Zavod avtomatik iş rejimi ilə çalışan avadanlıqlarla təchiz olunub. İş prosesinə RF-nın Tatarıstan Respublikasından dəvət olunan mütəxəssilər nəzarət edirlər.
Zavodun məhsulları Bolqarıstan, Türkiyə, İraq və Orta Asiya ölkələrinə satışa çıxarılır. Həmin dövlətlərlə artıq müqavilələr bağlanılıb. Şirkət istehsal etdiyi məhsullarla Azərbaycana idxal olunan araq məhsullarının 80 %-ni dayandıracaq. Bu isə bazarda Ukrayna, Rusiya, Belarusiya məhsullarının 30-40% ucuzlaşması deməkdir. Keyfiyyət isə Azərbaycana idxal olunan məhsullardan olduqca üstündür.
Zavodda eyni zamanda yerli məhsullar da istehsal edilir. Gündəlik 35 min ədəd araq istehsal olunur.
Yeni zavodların fəaliyyətə başlamasında Elçin Carçıyevin əsas məqsədi:
Ölkədə qeyri-neft sektorunun inkişafına dəstək olmaq;
“Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı”na dəstək olmaq;
Ölkədə olan işsizliyin aradan qaldırılmasında şirkət rəhbəri olaraq öz yardımını əsirgəməmək!