“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, dəyərli insan Musa Baba oğlu Əhmədov iyul ayının 5-də qəfil ürək tutmasından dünyasını dəyişmişdir.
Musa müəllim qardaşı İman Əhmədovla birgə “Qazax” Xeyriyyə Cəmiyyəti yaradıcılarından biri olaraq, daim Cəmiyyətin fəaliyyətində yaxından iştirak etmişdir. Qazax mahalının ağır günlərində el-obasının yanında olmuş, doğma kəndi Daş Salahlının müharibə dönəmində bir çox problemlərinin həllində yaxından köməkliklər etmişdir. Musa müəllim iş adamı kimi həmçinin bəzi şair və yazışıların kitablarının çapına dəstək olaraq bir çox xeyriyyəçilik işləri ilə də tanınmışdır.
Musa müəllim doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində dəfn edilmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Vidadi Bayramov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından İman Əhmədova qardaşı Musa Əhmədovun vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına, qohumlarına və Qazax mahalının camaatına dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə onlara səbr, dözüm diləyirik.
Allah rəhmət eləsin!
P.S. Musa Baba oğlu Əhmədov 22 iyun 1951-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
1970-ci ildə Sovet ordusuna gedib və 1972-ci ildə tərxis olunub.
1974 ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub və 1979-cu ildə institutu müvəffəqiyyətlə bitirib. Həmin ildə Qazax rayonunda İdman müəllimi kimi fəaliyyət göstərib.
1981-ci ildən başlayaraq Bakı şəhərində müxtəlif vəzifələrdə çalışıb.