“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, əslən Qazağın Daş Salahlı kəndindən olan həmyerlimiz, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru, riyaziyyat-mexanika ixtisası üzrə dünyada tanınmış alim Abdulla Avey (Sofiyev) “Plos Biologiya” adlı elmi jurnalında dərc olunan siyahıda dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib. Seçim elmi məqalələrin və məqalələrə istinadların sayına görə və digər elmmetrik parametrlərə görə həyata keçirilmişdir.
Abdulla Avey 2005-ci ildǝn hal-hazıra qǝdǝr Süleyman Dǝmirǝl Universitetinin Professoru vǝ İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının müdüri vǝsifǝsindǝ işlǝyir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri, Qazax mahalının ziyalıları adından həmyerlimiz professor Abdulla Aveyi dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilməsi münasibətilə təbrik edir, ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzu edir.
Abdulla müəllim, sizinlə fəxr edirk!
Qeyd edək ki, Türkiyədə çalışan “dünyanın ən nüfuzlu alimi” siyahısında yer alan dörd Azərbaycanlı Bilim Adamının siyahıdakı yeri aşağıdaki kimidir:
Prof. Dr. Sofiyev A. H. Süleyman Demirel Üniversitesi (Mexanika kafedrası) – 49773
Prof. Dr. Aliyev T.M. Orta Doğu Teknik Üniversitesi (Fizika kafedrası) – 100687
Prof. Dr. Gueseinov, Israfil I. Canakkale Üniversitesi (Kimya kafedrası) – 104562
Prof. Dr. Akbarov S.D. Yıldız Teknik Üniversitesi (Makine teorisi sistemleri dinamiği ve kontrolü kafedrası) – 104994
P.S. Abdulla Heydǝr oğlu Sofiyev 1 iyul 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olmuşdur. Orta mǝktǝbi Daş Salahlı kǝndindǝ oxumuş vǝ Azǝrbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakultǝsini bitirmiştir. 1985-1996-ci illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin “Nǝzǝri Mexanika” kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝsifǝlǝrindǝ işlǝmişdir. 1996-2001 vǝ 2001-2005-ci illǝrdǝ Türkiyǝ Cumhuriyyǝti Ondokuz Mayıs vǝ Süleyman Dǝmirǝl Universitetlǝrinin İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasında dosent vǝsifǝsindǝ işlǝmişdir.
2007-ci ildǝn Teorik vǝ Uygulamalı Mekanik Türk Milli Komitǝsinin Üzvü vǝ 2016-cı ildǝn Teorik vǝ Uygulamalı Mekanik Türk Milli Komitesinin Sǝdr Müavini seçilmişdir.
2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüştür.
2014-cü ildǝ mötǝbǝr Beynǝlxalg Jurnalların (SCI) ǝn yaxşı 10 openenti arasında yer almışdır.
2003 vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olmuşdur. 2006 və 2014-ci illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanmış tabakalı vǝ sendviç örtüklǝrin bütöv mühitdǝ stabilitǝ vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapmıştır. Bu nǝticǝlǝr peyklǝrdǝ, roketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ atom reaktorlarında geniş istifadǝ edilmǝktǝdir. Prof. Abdulla Sofiyevin bu sahǝdǝ fundamental araştırmaları davam edir vǝ dünyada aparıcı elm adamlarından biridir.
Prof. Abdulla Sofiyev, 200 dǝn çox fundamental elmi mǝqalǝnin müǝllifidir. Bu mǝqalǝlǝrdǝn 120 dǝn çoxu mötǝbǝr Beynǝlxalg (SCI) Jurnallarda çap edilmişdir. Bir çox xarici ölkǝdǝ Beynǝlxalq Konfransların plenar içlaslarında çıxış etmiş vǝ seminarlar vermiştir.
Prof. Abdulla Sofiyev, 40 dan çox Beynǝlxalg (SCI) Mexanika, Riyaziyyat ve Mühǝndislik jurnallarında openentlik etmǝkdǝdir. Bir neçǝ mötǝbǝr Beynǝlxalg Mexanika jurnallarının redaksiya heyǝtinin üzvüdür. Dǝfǝlǝrlǝ Beynǝlxalq Konqrelǝrin Tǝşkilat Komitǝsinǝ vǝ Elmi Komitǝsinǝ üzv seçilmişdir.
Elmi rǝhbǝri olduğu 10 öyrenci magistir vǝ üç öyrenci isǝ Doktor ünvanı almışdır.
Türkiyǝnin bir neçǝ Universitetindǝ vǝ Almanya Karlsruhe Universiteti Texniki Mexanika İnstitutunda elmi projelǝrdǝ iştirak vǝ rǝhbǝrlik etmiş, “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”, kısaca TÜBİTAK Projelǝri vǝ NATO dǝstǝkli layihələrdə rǝhbǝrlik etmişdir. 2005-2017 ci illǝrdǝ Almanya Karlsruhe Universitetinde dǝvǝtli professor olaraq araştırmalar etmişdir.
Əsǝrlǝrinǝ mötǝbǝr xarici jurnallarda 1500-dǝn çox sitat verilmişdir. Beynǝlxalq jurnallarda çap olunan mǝqalǝlǝrinǝ görǝ “Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”undan 100 dan çox mükafat almışdır.