Kamran Nəbizadəni doğum günü – 50 illik yubileyi münasibətilə təbrik edirik

0
238

Bu gün Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, “QazaxXeyriyyə İctimai Birliyinin üzvü Kamran Telman oğlu Nəbizadənin doğum günüdür. Onun 50 yaşı tamam olur.

Kamran Nəbizadə Azərbaycanın tanınmış neft mühəndisi 1970-ci ildən 1985-ci ilə qədər Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin rəisi işləmiş, əslən Qazax rayonunun İkinci Şıxlı kəndindən olan Telman Nəbiyevin oğludur. Babası Əsəd Nəbiyev 1930-50-ci illərdə Qazağın bir neçə kəndində məktəb direktoru, Böyük Vətən Müharibəsi illərində isə Qazaxın maarif şöbəsinin müdiri vəzifəsində çalışıb.  

2015-2020-ci illərdə Qazax rayonu 107 saylı seçki dairəsindən V çağırış Milli Məclisin deputatı olan Kamran Nəbizadə ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi dəfələrlə beynəlxalq tədbirlərdə Azərbaycanın düşmənlərini susdura bilmiş, parlament əlaqələri daxilində Azərbaycanın dost ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsində böyük işlər görmüşdür.

Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Kamran Nəbizadə gənc yaşlarından bir çox məsul vəzifələrdə və işlərdə çalışmışdır. O bir iqtisadçı kimi həmişə Azərbaycanın iqtisadi qüdrətini öz elmi əsərlərində önə çəkərək ölkəmizdə aparılan iqtisadi siyasətə öz müsbət töhfələrini vermişdir. Yüksək iqtisadi savadına, güclü idarəetmə qabiliyyətinə, dərin analitikasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Kamran Nəbizadə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.  

Həmçinin Kamran Nəbizadə bir qazaxlı kimi daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq ləyaqətli və dəyərli insandır.

2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası zamanı cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına və bu çağırış əsasında “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun Qazax mahalının iş adamlarına, ziyalılara və imkanlı şəxslərə ünvanladığı müraciətinə dəstək olaraq yüzlərlə sosial həssas təbəqədən olan ailələrə yardımlar etmişdir. Həmçinin Azərbaycan xalqının haqq savaşında – 44 günlük Vətən müharibəsi dövründə də Kamran Nəbizadə cəbhəyə, cəbhədə döyüşən əsgər və zabitlərimizə yardımlar edən şəxslərin ön sırasında idi. Bundan başqa o, Qazax rayonunda yaşayan və övladları cəbhədə döyüşən imkansız ailələrə, şəhid və qazilərin ailələrinə də diqqət göstərərək onların problemləri ilə yaxından maraqlanaraq onlara maddi yardımlar etmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Namiq İsmayılov, Xalq Artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Elçin Şıxlınski, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Kamran Nəbizadəni 50 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzu edirik.

Kamran müəllim, biz sizinlə fəxr edirik!

P.S.  Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.

1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti “itqisadiyyatçı”, “maliyyə mütəxəssisi” ixtisası ilə bitirib. Daha sonra Türkiyənin “Garanti Bankasında” ezamiyyət keçib.

1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.
1998-ci ildən 2003-cü ilə gədər “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssis” ixtisası ilə bitirib.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinın sərəncamı ilə  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here