Doğum gününüz mübarək, Qasım müəllim

0
160

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, texnika elmləri doktoru, “Şöhrət” ordenli, Əməkdar mühəndis Qasım İsrafil oğlu Abdullayevin 64 yaşı tamam olur.

Qasım Abdullayev Azərbaycanda metro-tunel tikintisinin inkişafında göstərdiyi misilsiz xidmətlərə görə ölkə rəhbərliyi tərəfindən “Şöhrət” ordeni və Əməkdar mühəndis fəxri adı ilə təltif edilmişdir.

Qasım Abdullayev, həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü olaraq hər zaman təəsübkeş ziyalı kimi daim İctimai Birliyin bütün tədbirlərdə yaxından iştirak edir.

Xeyriyyəçilik əməllərini bu gün də şərəflə davam etdirən Qasım Abdullayev “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Birliyin “Fəxri fərman”ı ilə təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, polkovnik Namiq İsmayılov, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, Ramiz Göyüşov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Qasım Abdullayevi doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayır və bütün işlərində uğurlar diləyirlər.

Qasım müəllim, biz sizinlə fəxr edirik!

 P.S.  Əslən Qazax rayonunun Muğanlı kəndindən olan Qasım Abdullayev 5 sentyabr 1957-ci də Tovuz rayonunun Aşağı Quşçu kəndində ziyalı ailəsində anadan olub.

1975-ci ildə Muğanlı kənd orta məktəbini bitirib.1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu körpü və tunellər ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1980-ci ildə “Bakımetrotikinti” İdarəsində başlayıb. 1983-1993-cü illərdə “Bakımetrotikinti” İdarəsində sahə rəisi, 1993-1996-cı illərdə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb. 1996-cı ildə həmin idarənin rəisi təyin edilib. 1999-cu ildə “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilib və 2014-cü ilədək bu vəzifədə uğurla çalışmışdır.

Hal-hazırda dövlət qulluğunda çalışır.

Qasım Abdullayev Azərbaycan Respublikasında metro-tunel tikintisi sahəsində yeganə elmlər doktorudur. O, 2007-2011-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Qasım Abdullayev 2007-ci ilin noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 10 aprel 2017-ci il tarixdə isə  Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif edilmişdir.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 1 oğlu, 1 qızı və 4 nəvəsi var. 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here