Ağstafa rayonunun Köçəsgər kəndinin mərkəzində yerləşən Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurularaq istifadəyə verilib. Xatirə kompleksində 1 nəfər 20 Yanvar, 9 nəfər 1-ci Qarabağ müharibəsi, 1 nəfər Tovuz döyüşləri və 1 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib. Şəhidlərimizin xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, qazilər, müharibə veteranları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.