Doğum günün mübarək, türk dünyasının incə qəlbli şairi – Rafail İncəyurd

0
565

Bu gün “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, şair, naşir, redaktor Rafail Ağakişi oğlu İsmayılovun (Rafail İncəyurd) anadan olmasının 68-ci ilidir.

İxtisasca riyaziyyatçı olan, duyğulu şeirləri, gözəl redaktorluq qabiliyyəti və ictimai fəaliyyəti ilə cəmiyyətdə özünəməxsus formada nüfuz qazanan Rafail İncəyurd bu gün də öz həyat yolunu uğurla davam etdirir.

Həmçinin Rafail İncəyurd bir şair kimi el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən ləyaqətli bir şəxsiyyətdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından şair Rafail İncəyurdu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

P.S. İsmayılov Rəfail Ağakişi oğlu (Rəfail İncəyurd) 04 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olub. 1961-1971-ci illərdə Kəmərli kənd orta məktəbini, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakultəsini bitirib, 1979-1981-ci illərdə Uzaq Şərqdə ordu sıralarında xidmət edib.

Əmək fəaliyyətinə 1971-ci ildən doğulduğu kənddəki sovxozda fəhlə kimi başlayıb. Univerisiteti bitirdikdən sonra Qubadlı rayonunun Fərcan kəndindəki orta məktəbdə iki il müəllim işləyib, sonra BDU-nun Hesablama Mərkəzində və 1986-ci ilədək Bakı şəhərinin bir sıra müəssisələrində ixtisası üzrə çalışıb. 1986-cı ildən ədəbi fəaliyyətə daha çox önəm verərək BDU nəşriyyatında redaktor, böyük redaktor, “Təhsil” nəşriyyatında redaktor, “Diplomat” nəşriyyatında baş redaktor, “Xarici Siyasət Arxivi” jurnalında Baş redaktorun müavini, “Odlar Yurdu” Universitetinin nəşriyyatında redaktor olub.

Dövrü mətbuatda 1975-ci ildən müntəzəm çıxış edir. Türkiyə və Rusiya mətbuatında da çap olunur.

200-dən çox elmi və bədii kitablara redaktorluq edib, ön sözləri və təqdimatlar yazıb.

Yeddi kitab müəllifidi: “Ömürdən oyana yollar uzanır”, “Səda”, 1996, “Könül dünyam”, “Diplomat”, 2001, “Köhnə kişilər”, “Adiloğlu”, 2004, “Köz yaşı”, “OKA-Ofset”, 2007, “15-imdən 55-ə varanda…” “İncə” nəşriyyat evi, 2009, “ÖZü SÖZə ucaltmışlar odası”, “Zərdabi LTD MMC”, 2014, “Arzuların yuvasına toxunma”, 2016 “Zərdabi LTD MMC”.

Ona qədər ayrıca kitab və topluların tərtibçisidir.

Türkiyənin Kayseri şəhərinin Erciyez univerisitetində birinci kitabı haqqında diplom işi yazılıb və elmi iş kimi müdafiə olunub.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.

Bir sıra ədəbi mükafatlar laureatıdır.

2011-ci ilin Prezident mükafatçısıdır.

Ailəlidir. Uç övladı, dörd nəvəsi var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here