Böyük Şərq filosofu, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyar Azərbaycani yazır ki, elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Əlbəttə ki, bu sözün hikməti hər kəs üçün aydındır. Hər kəs istəyər ki, ömrünü elmə bağlamış, bəşəriyyətin inkişafına xidmətləri olmuş bir alimi öyrənsin, onun kitablarını oxusun, həyatı, fəaliyyəti ilə yaxından tanış olsun. Əlbəttə ki, elm cəbhəsində olan yüzlərlə alimlərimiz var ki, bu kateqoriyaya cavab verən uğurları vardır. Onlardan biri də, Azərbaycanı dünyada layiqincə tanıdan alim, dəyərli insan, gözəl istedad sahibi, eloğlumuz, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü Abdulla Sofiyevdir, el dilində desək Abdulla Aveydir.
Elm və texnologiyanın inkişafı, innovasiyaların əlçatanlığı baxımından Abdulla müəllim haqqında məlumat əldə etmək istəsək axtarış saytlarında yüzlərlə linklər qarşımza çıxacaq. Hamısı da Abdulla müəllimin mexanika-riyaziyyat sahəsində əldə etdiyi yeniliklərə, uğurlara, patentlərə aid yazılar olacaq.
Ona görə də istərdik ki, Azərbaycanlı alim, eloğlumuz Abdulla Sofiyev haqqında hər kəsin tanıya biləcəyi şəkildə bilgi verək.
Abdulla Heydǝr oğlu Sofiyev 1 iyul 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olmuşdur.
1976-1980-cı illərdə Azǝrbaycan Dövlət Pedagoji Universitetinin riyaziyyat fakültǝsindǝ tǝhsil almışdır.
1985-1996-cı illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin Nǝzǝri Mexanika kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝsifǝlǝrindǝ işlǝmişdir.
1996-2005-ci illǝrdǝ Türkiyǝ Cumhuriyyǝti Ondoqquz Mayıs vǝ Süleyman Dǝmirǝl Universitetlǝrinin İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasında dosent vǝzifǝsindǝ işlǝmişdir.
2005-ci ildǝn Süleyman Dǝmirǝl Universitetinin İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının professoru ve müdürüdür.
2007-cı ildǝn üzvü olduğu Nəzəri vǝ Tǝtbiqi Mexanika Türk Milli Komitǝsinin 2016-cı ildǝn Sǝdr Müavinidir.
2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüşdür.
2014-cü ildǝ mötǝbǝr Beynǝlxalq Jurnalların (SCI) ǝn yaxşı 10 referenti arasında yer almışdır.
2003 vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindr vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olmuşdur.
2006 – 2017-ci illǝr arasında fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil multifonksional kompozitlǝrdǝn hazırlanmış tǝbǝqǝli vǝ sendviç levha vǝ örtüklǝrin bütöv mühitdǝ stabilitǝ vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapmışdır. Bu nǝticǝlǝr peyklǝrdǝ, roketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ atom reaktorlarında geniş istifadǝ edilmǝkdǝdir.
2018-ci ildǝn başlayaraq müasir texnikanın xüsusi ilǝ dǝ müdafiǝ sǝnayesinin ǝn vacib problemlǝrindǝn biri olan nanokompozit materyallardan hazırlanmış çoxtəbəqəli konstruksiyaların resonans durumunda xǝtti olmayan mǝcburi titrǝşim mǝsǝlǝlǝrinin hǝllinǝ nail olmuşdur.
2019 ve 2020-ci illǝrdǝ Stenford Universitetinin tǝrtib etdiyi dünyanın ǝn nüfuzlu elm adamları siyahısına daxil edilmiş vǝ öz elm sahǝsindǝ dünyanın ǝn nüfuzlu 100 elm adamı siyahasında yer alan ilk Azerbaycanlıdır.
260-dan çox fundamental elmi mǝqalǝsi çeşitli mühǝndislik, nanomaterial, kompozitlǝr, tǝtbiqi riyaziyat vǝ fizika jurnallarında çap edilmişdir. Bu mǝqalǝlǝrdǝn 155-dən çoxu mötǝbǝr Beynǝlxalq (SCI) Jurnallarda çap edilmişdir. Bu mǝqalǝlǝrdǝn 89 ǝdǝdi Q1, 28 ǝdǝdi Q2, 20 ǝdǝdi Q3 vǝ 10 ǝdǝdi Q4 reytinqli jurnallarda çap edilmiştir. Bu mǝqalǝlǝrdǝn 42’sinde tek müǝllif, 78 mǝqalǝdǝ isǝ aparıcı (birinci) müǝllifdir.
Prof. Abdulla Sofiyevin SCOPUS’da məqalələrin həm məhsuldarlığına həm də sitat təsirinə görə müəllifin səviyyəsini ölçən “h”-indeksi 40-dir. Abdulla Avey (Sofiyev) SCOPUS-da h indeksi 40 olan ilk Azərbaycanlı alimlərdən biridir. Bu, Azərbaycanın elm tarixində ilklərden biridir.
Bir çox xarici ölkǝdǝ Beynǝlxalq Konfransların plenar içlaslarında çıxış etmiş vǝ seminarlar vermişdir.
50 dǝn çox Beynǝlxalq (SCI) Mühǝndislik ve tǝtbiqi riyaziyyat jurnallarında referentlik etmǝkdǝdir. Bir neçǝ mötǝbǝr Beynǝlxalq Mexanika jurnallarının redaksiya heyǝtinin üzvü olmuş ve olmaqdadır.
Elmi rǝhbǝrliyi altında 12 magistr vǝ 5 Doktor yetişmişdir.
Türkiyǝnin bir neçǝ Universitetindǝ vǝ Almanya Karlsruhe Universiteti Texniki Mexanika İnstitutunda elmi proyektlǝrdǝ iştirak vǝ rǝhbǝrlik etmiş, “Türkiye Bilimsel vǝ Teknolojik Araştırma Kurumu”, qısa adı TÜBİTAK Proyektlǝri vǝ NATO dǝstǝkli layihələrə rǝhbǝrlik etmişdir.
2005-2022-ci illǝrdǝ Almanya Karlsruhe Universitetində dǝvǝtli professor olaraq elmi araşdırmalar aparmış vǝ 7 dǝfǝ DAAD tǝqaüdü almışdır. 2022 yılında Almanya Karlsruhe Teknoloji İnstitunda termal mühiddǝ karbon nanotüp ilǝ güclendirilǝn yeni nǝsil kompozitlǝrdǝn hazırlanan konstruksiyonların burkulma problemi ilǝ ilgili araştırma yaparak yeni nǝticǝlǝr ǝldǝ etmişdir.
Əsǝrlǝrinǝ mötǝbǝr xarici jurnallarda 4000-dǝn çox sitat verilmişdir.
Beynǝlxalq jurnallarda çap olunan mǝqalǝlǝrinǝ görǝ TÜBİTAK’dan 140 dan çox mükafat almışdır.
Bəşəriyyətin inkişafına xidmət edən çoxlu sayda texnoloji yeniliklərin müəllifi, professor Abdulla Aveyi həm dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilməsi münasibətilə təbrik edir, ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzu edirik.
Həmçinin bu yaxınlarda Abdulla müəllimin 61 yaşı tamam olmuşdur.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləriXalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Tariyel Qasımov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından professor Abdulla Aveyi dünya elmində qazandığı uğurlar və doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Biz sizinlə fəxr edirik, Abdulla müəllim!
Siz dünyanın, doğma Azərbaycanımızın və ulu Qazağımızın fəxrisiz!