Professor İlham Pirməmmədov Qazax və Ağstafa rayonlarından olan Şəhid hərbi qulluqçuların yas mərasimində iştirak edib

0
419

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri 2022-ci il sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Qazax və Ağstafa rayonlarından Şəhid olan hərbi qulluqçuların yas mərasimində iştirak ediblər.

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Qazax rayonundan olan Azərbaycan Ordusunun üç hərbi qulluqçusu – baş leytenant Kazımov Yunis Qasım oğlu (Qazax rayonu Kəmərli kəndi), baş gizir Məmmədov Azər Mustafa oğlu (Qazax rayonu Kəmərli kəndi), gizir Kərimov Azad Zakir oğlu (Qazax rayonu Daş Salahlı kəndi) da Şəhidlik zirvəsinə ucaldılar.
Sentyabr ayının 20-də qəhrəman şəhidlərimizin yeddi mərasimində “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri şair Rafail İncəyurd, ehtiyatda olan polis polkovniki Müzəffər Süleymanov, Qazi mayor Xəyyam Əliyev, Azərbaycan Respublikası “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov, Vətən müharibəsi iştirakçısı “Sərhədçi” idman mərkəzi idman bölməsinin rəisi polkovnik, əməkdar məşqçi Firdovsi Umudov, ehtiyatda olan polkovnik Novruz İsmiyev, iş adamı Xəyyam Sanıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov iştirak ediblər.
İgid Vətən oğullarının ruhuna dua oxunub, xatirələri ehtiramla yad edilərək şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here