Azərbaycan heykəltəraşı, Azərbaycan Respublikasının xalq rəssamı, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü, professor Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilib.
Sərəncamda qeyd edilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2023-cü il.
Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev ümummilli lider Heydər Əliyevin Kiyevdəki abidəsinin, Şəkinin Kiş kəndində yerləşən məşhur norveç səyyahı Tur Heyerdalın tunc heykəlinin, Bakı şəhərindəki Motsart, Zivərbəy Əhmədbəyovun heykəllərinin və “Bakı–Həştərxan dostluq abidəsi”nin müəllifidir. Natiq Əliyev həmçinin, Mexikoda Xocalı, Belqrad şəhərində Heydər Əliyev, serbiyalı yazıçı Milorad Paviçin, Serbiyanin Novi-Sad şəhərində yerləşən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Həştərxandakı Knyaz Vladimirin, Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Kral parkındakı Hüseyn Cavid abidəsinin, Ankaranın Kızılcahamam rayonunda ucaldılan Xocalı soyqırımı heykəllərinin müəllifidir.
Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Bu səpkili əsərləri arasında Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev Mirvarid Dilbazinin xatirə lövhələri, eləcə də Fəxri Xiyabanda yerləşən İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz , Bəşir Səfəroğlu və Osman Mirzəyevin, Bəxtiyar Vahabzadənin, doktor Cavad Heyətin, Habil Əliyevin, Zəlimxan Yaqubun, akademik Cəlal Əliyevin və akademik Rəfiqə Əliyevanın məzarüstü abidələrini qeyd etmək olar.
Qeyd edək ki, professor Natiq Əliyev “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də yaxından iştirak edir. Həmçinin türk dünyasının böyük ozanı, aşıq sənətinin azman sənətkarı Dədə Ədalətin (Aşıq Ədalət Nəsibov) də qəbirüstü abidəsinin müəllifidir. Həyata keçirdiyi böyük və möhtəşəm işlərə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə heykəltəraş Natiq Əliyev 12 iyul 2018-ci il tarixdə İctimai Birliyin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov,Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq rəssamı Natiq Əliyevi Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.
Bu ali təyinat münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətin üzvləri adından cənab Prezidentə minnətdarlıq və təşəkkürlərimizi bildiririk.
Natiq müəllim, biz sizinlə fəxr edirik!
P.S. Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-1983-cü illərdə V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Məktəbini Fərqlənmə diplomları ilə bitirmişdir. Oxuduğu 1980-1983-cü illərdə Leninqrad Ali Rəssamlıq Məktəbinin Lenin təqaütcüsü olmuşdur.
Onlarca monumental heykəltəraşlıq nümunələri ilə yanaşı, memorial heykəltəraşlıq əsərlərinin müəllifi olmuş Natiq Əliyev bir sıra beynəlxalq və dövlət mükafatları, fəxri adlarla də təltif olunmuşdur.
– Respublika Gənclər Mükafatının laureatı (1989).
– Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı (2000) .
– Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002).
– Azərbaycan Respublikasının Xalq rəssamı (2005).
– Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008).
– Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı (2008).
– Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni.” (2015).
– “Şöhrət” ordeni (2018).
Natiq Əliyev uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri olub.