Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun doğum günüdür

0
736

Bu gün Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovun doğum günüdür. General-leytenant Şahin Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin suverenliyi uğrunda, dövlətçiliyimizin güclənməsi yolunda özünəməxsus böyük xidmətləri olan hərbçidir. Vətən müharibəsi dövründə yüzlərlə mükəmməl taktiki döyüş əməliyyatları hazırlamış, proseslərə rəhbərlik etmiş və düşmən üzərinə yeriyən qəhrəman əsgərlərimizin qələbə qazanmasında xüsusi xidmətlər göstərmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Kamal oğlu Bəkirov, Daxili İşlər Nazirliyi Çevik Polis Alayının komandiri general-mayor Ramil Piriyev, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, Əməkdar incəsənət xadimi, “Şərəf” ordenli Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar jurnalist Akif Aşırlı, Əməkdar incəsənət xadimi Barat Vüsal, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, şair Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

Cənab General, biz sizinlə fəxr edirik!

 P.S. Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş.Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.

Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova “general-mayor” hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.

Daxili Qoşunlar komandanı Şahin Məmmədov bir çox medallarla, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 10 mart 2012-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 29 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib.

11 mart 2015-ci il tarixdə general-leytenant hərbi rütbəsi verilib.

Ailəlidir, 3 övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here